Дневник пользователя Natawa1

Natawa1
32, Норильск, Россия

Gəl desəm sənə

Heç bir şey soruşma, heç bir şey danışma, yalnız
gəl...
Gəlirsənmi??
İndi desəm ya da..??
Heç bir şey soruşmadan yenə mənimlə
gedərsənmi sonu naməlum...??
Baxmasan, görməsən, eşitməsən məni
günlərlə. ..Aylarca bəlkə....
Yenə məni sevərsənmi?
Gözdən iraq olan könüldən uzaq olarmış
deyirlər ha..
Yanımda olub uzaq olanlardansa, uzaqda olub
içimdə olmağı bacara bilərsənmi??
Aylar sonra, illər bəlkə..
''Səni sevdim. .Səndən gələn yaxşı-pis hər şeyi
sevdim. Və həmişə sevəcəyəm..''
Deyə bilərsənmi..??
Yanında oturarkən belə zaman-zaman mənim
üçün dəli kimi darıxa bilərsənmi??
Hər ayrılışımızda səhərə, bir daha görə
bilməmək qorxusuyla havalanarsanmı?
Hər gələn telefonda 'mən' deyə diksinərsənmi
səbəbsiz..?

Gəl desəm sənə
Məni hər dəqiqənə daşıyıb yaşamağı bacara
bilərsənmi??
Məni ,mən kimi sevə bilərsənmi??
Havalansam bir gün..
''Eşşqimmm...'' deyə yenə sarıla bilərsənmi?
Kapriz etmək istəsəm., izdihamlarda əlimi tuta
bilərsənmi?

Həyat bir gün mənə…


 meni cox isteyenler yazsin ))))))


Günəsə baxdım, aya baxdım, yola baxdım,

bir şey görə bilmədim. Amma baxmaq bir
şey deyilmiş əhəmiyyətli olan
anlamaqmış..

Siqareti buraxsam deyirəm, tamamilə sənə
başlasam ; Sən daha tez bitirərsən işimi,
belə çox yavaş ölürəm sevgilim ....

Yolun sonunda uçurumu görürsənsə ya o
yola heç girmə, ya at özünü o uçurumdan
bir daha dönmə.

Yat qözlərim.. Nədir bu qeceye üsyanın..?
İnad etsən nə dəyişəcək? Əlbət olacaq
səhərin...

Sevginin ən ədalətsiz tərəfi nədir
bilirsənmi? Ağızından çıxmağa cəsarəti
olmayan sözlərin ürəkdə fırtınalar
qoparmasıdır..

"Həyat dedikləri şeyin kaşkilərdən ibarət
olduğunu bilsəydim! Böyüyüncə nə olmaq
istəyərsən sualına, Yalnız "xoşbəxt"
dəyərdim".

Kimsəyə minnət etmək istəmirsənsə can
borcundan başka borcun olmayacaq...

İnsanlar üç yerə ayrılar; həqiqətən
müvəffəqiyyətlilər, müvəffəqiyyətliyəm
deyə dolananlar, müvəffəqiyyətli
insanların üzərindən dolananlar.

Günəsə baxdım, aya baxdım, yola baxdım,
bir şey görə bilmədim. Amma…


Yatıb qalmışdı. Səhər saat 8-də telefonun zənginə oyandı. Tələsik

qalxaraq geyindi. Saçlarına daraq çəkib əlini, üzünü yudu. Bir -iki
dəqiqəyə hazırlığını gördü. Qol çantasını götürüb evdən çıxaraq qapıya
açar vurdu. İşə tələsirdi, onsuz da gecikmişdi.
Hə, Həqiqət ürəyində gecə gördüyü yuxunu götür-qoy etməyə başladı. O,
gecə yuxusunda Xəyalı görmüşdü. İkisi də xoşbəxt idi. Xoşbəxtlikdən
uçurdular.
Əslində Həqiqət öz Xəyalına qovuşacaqdı. İllərdir Xəyalı sevirdi, lakin
valideynləri bu izdivaca razı deyildilər. Bütün bunlara baxmayaraq,
Həqiqət nə vaxtsa Xəyala qovuşacağına əmin idi. Axı, Xəyal da onu
sevirdi. O zamanlar necə də bəxtəvər idi. Çünki, sevgisi qarşılıqlı idi.
Xəyalın ona məhəbbəti Həqiqəti bu dünyaya sonsuz bir sevgi ilə
bağlamışdı. Həqiqət bu həyata möhkəm bağlanmışdı, çünki Xəyalı…


Mən artıq yadam insanlara.. Nə qədər axtardılar,amma

gizləndim.. Heç kəslə ünsiyyət qurmadım.. Qorxdum
ki,səndən söhbət açar kimsə və yenə içim yanar.. İmkan
vermədim ürəyimin daha da parçalanmağına.. Mən
susdum..sadəcə susdum.. İmkan vermədim ki,daha da zərbə
alım.. Özümə daha bir əzab yaşatmaq istəmədim.. Həyatdan
küsdüm.. Gedişindən sonra uzaqlaşdım həyatdan.. Amma bir
ömür boyu susa bilmərəm ki.. Bir ömür boyu sənsiz yaşaya
bilmərəm ki.. Axı necə edə bildin?! Düşünürdüm ki,heç bir
zaman məni tərk etməzsən.. Qorxmurdum gedişindən,çünki
sənə güvənirdim.. Harda səhv etdim axı? Niyə məndən
uzaqlaşdın.. Niyə?..
Həyat artıq mənə yaddır..Xoşbəxtlik olmadıqdan sonra nə
faydası var yaşamağın? .. Məni həyata bağlayan sən idin ..
Bəs indi niyə yoxsan?.. Niyə mən sənsizəm? .. Bəlkə
də,ikimizin birlikdə olmağını istəmədilər…


Boş verəcəksən bəzən həyatı...

Yatarkən "sabah oyanacağam?" sualını düşünmədən, özünü yuxunun qollarına
təslim edəcəksən...
Bir parça quru çörəklə, bir stəkan su ilə dünyanın varlısı olmağın xoşbəxtliyini
yaşayacaqsan...
Nəfəs alarkən, ciyərlərini yırtarcasına alacaqsan ki, yaşadığının fərqində ola
biləsən...
Boş verəcəksən bəzən hər şeyi...
Ürəyin qan ağlasa da, inanılmaz böyük bir gülüş yaraşdıracaqsan ki üzünə,
xoşbəxtliyi utandırasan...
İşini, evini, telefonunu, komputerini, görüş dəftərini atıb, bir dəst paltarda
atacaqsan özünü küçələrə...
Beləcə, heç nə düşünmədən, küçə-bacanı gəzib, azad halda gücün bitənə qədər
arxana baxmadan qaçacaqsan...
Sonra sakitcə çəmənliyə uzanıb, Torpaq ananın laylasını eşidəcəksən, rahat-rahat...
Boş verəcəksən bəzən hər şeyi...
Ağlamaq istəsən göz yaşlarını axıdacaqsan, "kim nə deyir-desin" düşüncəsiylə...
Bir dostu qucaqlayacaqsansa, bütün ürəyinlə qucaqlayacaqsan ki, sevgini hiss edə
biləsən...
Sevəcəksən... Gözü qara…


Unutmaq lazımdır artıq bizə əzab verən xatirələri...Amma hər “unutdum

artıq” dedikdə Bakının küləkləri xatirələri üzümüzə vurar. Baxdığın filmlər,
dinlədiyin musiqilər, gəzdiyin küçələr hər şey O”nu xatırladır sənə. Sən
yenə üzülürsən, yenə ağlamaq istəyirsən , amma boğazın düyünlənir,
qəhər içində boğulursan. O xoşbəxtdi deyir, gülür, heçnə olmamış kimi
davam edir həyatına. Yaşanmış sevginizi isə çoxdan unudub.
Tərk edən gedər... Geridə qalan isə bir ömr qəlbi qırıq qalar.
Sən çırpınarsan, unutmaq, qəlbinə hökm etmək istəyərsən, unutduğunu
sanarsan və o zaman... Küçədə gördüyün birini O”na bənzədərsən yolda
sürətlə, böyük bir həyacanla addımlarsan, sanki qəlbin yerindən
çıxacaqmış kimi... Amma çox təəssüf ki, bu sadəcə bir bənzətmə olar.
Ya da bir gün bütün cəsarətini toplarsan, bəzi…


Acıların kölgəsində gizlənirəm. Yenidən zərbə almaq üçün

gizləndiyim yerdən çıxmağa gücüm yoxdur. Zamanın axını elə
bir yerə gətirib çıxardıbki insanları görərkən yolumuzu
dəyişirik. Doğma birisini tapmaq çox çətinləşib. Düşünmədən
güvənmək istədiyimiz insanlar hara yoxa çıxıblar görəsən.
Bəlkə biz özümüz onları gizlətmişik yaşadığımız dünyanın
qaranlığında… Hər şey bizdən asılıdır bəlkə də.
Gələcəyimizin yazılmış olduğu bir vərəq versəydilər bizə nə
edərdik görəsən? Yəqin ki, kimisi cırar, əzər atardı gələcəyini
dünəni kimi, kimisi də bir qayıq düzəldib buraxardı sonsuz
bir dənizə.
Mərhəmət hissini hansı suyla yumuşuq qəlbimizdən? Əlinə bir
dəyənək alıb acımadan bir canlının canını almaq insan
övladının hansı kitabında yazılıb? Vicdan məktəbinin
imtahanından niyə kəsilənlər var görəsən? Axı o məktəbin
şagirdi də, müəllimi də özləridi. İnsanlar qruplara…


01.02.2015

Bəzi səbəblər vardır. Niyə olduğunu anlaya bilməzsən.

Bir insan vardır. Onu çox sevərsən. Onunla yaşayar, onunla
ölmək istəyərsən. Özünə aid bir saniyən belə olmaz. Çünki
sənin özünə aid etdiyin saniyən belə “O” dur. “O” hakim
olar bütün mənliyinə. “O” hökm edər sənə.Çox xoşbəxtsən.
Gələcəyə ümidlə baxarsan. Xəyallar qurarsan. Göy üzünə
baxdığın zaman hər bir ulduzda belə onu görərsən. Sabah
oyandığında “O” doğular bütün dünyana...Onunl a hər
sabahın yeni bir dünya sanki. “O” sudur, “O” yeməkdir, “O”
işdir, “O” həyatdır sənin üçün. “O” hər şeydir. Amma “O”
bunların fərqinə varırmı? Bütün bu yaşananlar bir
həqiqətdirmi yoxsa xəyaldan hətta yalandan o tərəfə
gedərmi? Çünki “O” bir gün “Görüşməyək artıq”
deyər . ”Məni birdə axtarma” deyər.…


Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritlərini çəkib

ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlar.
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi
dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən düzər süfrəyə.
Uşaqlar stəkanlərı cingildədən qaşıqların səsinə oyanarlar ancaq.
Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi
ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə
oxşayar ! Nəhayət, açılar mürgülü gözlər... Gərgin bir gün başlayar yenə
də... İşıqlar yanar,sönər, əllər-üzlər yuyular...
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular. Qurtum qurtum çay,
dilim dilim qızarmış çörək, yağ pendir, dadından doyula bilməyən çiyələk
mürəbbəsi. Səhər yeməyi və hər kəs yola çıxar. İşə gedən kim,…


Дневники
Дневники обновляются каждые 5 минут