01.02.2015
Yalniz 'O'
33, Норильск, Россия

Bəzi səbəblər vardır. Niyə olduğunu anlaya bilməzsən.

Bir insan vardır. Onu çox sevərsən. Onunla yaşayar, onunla
ölmək istəyərsən. Özünə aid bir saniyən belə olmaz. Çünki
sənin özünə aid etdiyin saniyən belə “O” dur. “O” hakim
olar bütün mənliyinə. “O” hökm edər sənə.Çox xoşbəxtsən.
Gələcəyə ümidlə baxarsan. Xəyallar qurarsan. Göy üzünə
baxdığın zaman hər bir ulduzda belə onu görərsən. Sabah
oyandığında “O” doğular bütün dünyana...Onunl a hər
sabahın yeni bir dünya sanki. “O” sudur, “O” yeməkdir, “O”
işdir, “O” həyatdır sənin üçün. “O” hər şeydir. Amma “O”
bunların fərqinə varırmı? Bütün bu yaşananlar bir
həqiqətdirmi yoxsa xəyaldan hətta yalandan o tərəfə
gedərmi? Çünki “O” bir gün “Görüşməyək artıq”
deyər . ”Məni birdə axtarma” deyər. O bunu deyər
amma bunun sənin üçün mümkünsüz olduğunu bilərmi?
Bilərmi ki “O” həyatdır və “O” yoxsa həyatda yoxdur.
Sadəcə görüşməyək deyər və “Səbəbini soruşma” deyər.
Sən susarsan amma içində ucsuz bucaqsız bir boşluq
qışqırar. ”NİYƏ?” Səbəbini bilmədən susarsan və sən bu
boşluqla yaşayarsan. Ya səbəbini tapıb bu boşluğu
doldurarsan, yada o boşluqda itib gedərsən. Sonra beynindən
hər cür fikirlər keçər “Sevgisi yalanmış”, “sevsəydi
belə deməzdi”, “sevən insan görüşməyək deməz”
deyə onu günahlandırarsa n. Sonda nə etsəndə “O”, həyat
adlandırdığın “O” yoxdur artıq. Səbəbsiz bir boşluqla davam
edərsən “O” nsuz həyatına. Amma günün birində
anlıyarsanki sevgi çox şeydi amma hər şey demək deyil. Həyat
insanı elə bir yerindən vurarki ayaqda qalmağa çalışsan belə
buna gücün yetməz və həyat insanı elə bir anda sevindirərki
ayaqda qalmağa gücün yetmədiyi bir anda bir səbəb çıxarar
qarşına. O an anlıyarsan sevginin hər şey demək
olmadığını... :

19 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут