Xəyalımla yaşamaq istəyirəm(((
32, Норильск, Россия

Yatıb qalmışdı. Səhər saat 8-də telefonun zənginə oyandı. Tələsik

qalxaraq geyindi. Saçlarına daraq çəkib əlini, üzünü yudu. Bir -iki
dəqiqəyə hazırlığını gördü. Qol çantasını götürüb evdən çıxaraq qapıya
açar vurdu. İşə tələsirdi, onsuz da gecikmişdi.
Hə, Həqiqət ürəyində gecə gördüyü yuxunu götür-qoy etməyə başladı. O,
gecə yuxusunda Xəyalı görmüşdü. İkisi də xoşbəxt idi. Xoşbəxtlikdən
uçurdular.
Əslində Həqiqət öz Xəyalına qovuşacaqdı. İllərdir Xəyalı sevirdi, lakin
valideynləri bu izdivaca razı deyildilər. Bütün bunlara baxmayaraq,
Həqiqət nə vaxtsa Xəyala qovuşacağına əmin idi. Axı, Xəyal da onu
sevirdi. O zamanlar necə də bəxtəvər idi. Çünki, sevgisi qarşılıqlı idi.
Xəyalın ona məhəbbəti Həqiqəti bu dünyaya sonsuz bir sevgi ilə
bağlamışdı. Həqiqət bu həyata möhkəm bağlanmışdı, çünki Xəyalı həyatda
idi.
Bəs indi, indi isə həyatı bir zülmətə dönmüşdü. Gedə-gedə gördüyü
yuxunu yozmağa çalışırdı. Amma, çaş-baş qalmışdı, fikirləşirdi, yəqin
axşam Xəyalın şəklinə çox baxdığından, əksi ilə danışdığından gecə
yuxusuna gəlmişdi. Bu, Həqiqətin xoşuna gəlirdi. Kaş hər gecə Xəyalı
yuxumda görəydim. Xəyallı günlər bir nağıl idi, sanki, nağıl olaraq da
qalmışdı. İndi fikirləşirdi "bir möcüzə baş verəydi, Xəyal qarşımda olaydı,
əvvəlki kimi". Əslində Xəyal onunla idi, bunu Həqiqət görmürdü.
Xəyal bu gün də sevgilisinin evinə gəlmişdi. Səssiz otaqda durub buz kimi
divarlara baxırdı. Həqiqətin çarpayısının yanındakı dolabın üstündə
qoyduğu ətiri, broşları, darağı ona o qədər əziz idi ki. Bu əşyalar ona
çoxlu xatirələr deyirdi. Bir də ki, donub qalmış, ona baxan əksi. "Yəqin ki,
Həqiqət hər gecə əksimlə danışır". Bu otaqda hər şey ona Həqiqətdən
danışırdı. "Onunla ola bilsəydim, əlimi o incə tellərinə toxundura
bilsəydim, məni dinləyə bilsəydi, eh, hələ qarşıda görəcəyimiz çox şeylər
vardı. Olmadı, birlikdə addımlaya bilmədik. Mən yenə də səninləyəm,
gözəlim, amma, bir xəyal kimi. İndi səni həyatdakından daha çox, daha
tez-tez görürəm, çünki, indi qarşımı heç nə kəsə bilmir. Heç səninkilər də.
Bu halımdan məmnunam. İstədiyim zaman sənin evinə gələ bilirəm, hər
zaman arxandayam, kölgən kimi, səni həyatın bütün pisliklərindən
qorumağa çalışıram. Sən heç vaxt məni görməyəcəksən. Mən isə hər
zaman səni görəcəyəm, sevgilim".
Həqiqət işdə qərar tuta bilməyib , evə dönmüşdü. İçəri girən kimi Xəyalın
şəklini əlinə almış, o ki var ağlamışdı. Xəyal bunları görürdü, amma ona
toxuna bilmirdi. Xəyalın şəklinə baxırdı,nə isə hiss etmişdi, hiss etmişdi
ki, Xəyalı gəlib, hardasa yanındadır, sanki, onun qoxusunu duymuşdu.
Amma, yox idi. O, özünü inandırmağa çalışırdı ki, otaqda təkdir, O,
yoxdur. Xəyal arxasında idi, Həqiqət bunu görmürdü, görə də bilməzdi.
"Mən səni heç vaxt görə bilmərəm ki, sevgilim, səni yalnız yuxularımda
görə bilərəm" fikirləşirdi.
Həqiqət bir daha anladı, bir daha anladı ki, bu lənətə gəlmiş avtomobil
qəzası onu öz Xəyalını şirin yuxularında görməyə məcbur etdi, bu bir acı
həqiqət idi.
Xəyal isə halından məmnun idi, hər gün Həqiqəti görməyə gəlirdi, səhər-
axşam onunla idi. Bu onun şirin xəyalı idi :(

8 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут