O"nunla bağlı...
33, Норильск, Россия

Unutmaq lazımdır artıq bizə əzab verən xatirələri...Amma hər “unutdum

artıq” dedikdə Bakının küləkləri xatirələri üzümüzə vurar. Baxdığın filmlər,
dinlədiyin musiqilər, gəzdiyin küçələr hər şey O”nu xatırladır sənə. Sən
yenə üzülürsən, yenə ağlamaq istəyirsən , amma boğazın düyünlənir,
qəhər içində boğulursan. O xoşbəxtdi deyir, gülür, heçnə olmamış kimi
davam edir həyatına. Yaşanmış sevginizi isə çoxdan unudub.
Tərk edən gedər... Geridə qalan isə bir ömr qəlbi qırıq qalar.
Sən çırpınarsan, unutmaq, qəlbinə hökm etmək istəyərsən, unutduğunu
sanarsan və o zaman... Küçədə gördüyün birini O”na bənzədərsən yolda
sürətlə, böyük bir həyacanla addımlarsan, sanki qəlbin yerindən
çıxacaqmış kimi... Amma çox təəssüf ki, bu sadəcə bir bənzətmə olar.
Ya da bir gün bütün cəsarətini toplarsan, bəzi etirafları etməyə hazır
olarsan, həyəcanını boğub O”na zəng edərsən... Və “ Bu nömrəyə zəng
çatmır...” bütün hisslərin məhv olar.
O profilinə yeni şəkillər yükləyər, sən o şəkillərlə danışmağa başlarsan,
göz yaşlarınla birgə,amma O yenə səni eşitməyəcək...
O”nunla gəzdiyin küçələr sönüb sanki. Xarabalığa bənzəyir.
Nə O”ununla birgəykən olar, nə də onsuz olmaz. Artıq hisslər tükənir,
qəlbindəki sevgində küsüb sənə.O”nu görəndə sürətlə döyünən qəlbin belə
artıq heç nədən məmnun deyil..
O”ndan sonra həyatında olanlarda axtararsan O”nu.. Amma nə O”nun
kimi gülər, nə O”nun kimi danışar..Sən yenə O”nun üçün darıxmağa
başlarsan.
Bəzən çox darıxarsan və saatlarca rəsimlərinə baxıb ağlarsan, ya da
sönülü olan nömrəsinə “Bəlkə cavab verər..” ümidi ilə zəng edərsən...
Sən ağlarkən yenə O yanında olmaz, sadəcə 4 divar, sən, qaranlıq otaq və
O”nu sənə xatırladan “sizin mahnınız”...
Qovuşmaq mümkün olmur, “Ammalar, Kaşkilər, Valideynlər” mane olur...
Xeyli zaman keçər yaşanan o nostalji hisslərdən... Geriyə sadəcə illərdir
toz bağlamış xatirələr və bir neçə rəsimlər qalar...
Bu zaman ərzində sən bir şeyi anlarsan. Bundan sonra heç kim O
olmayacaq və sən heç vaxt bu sevgini unutmayacaqsan...

1 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут