Acılarım kölgəsi
33, Норильск, Россия

Acıların kölgəsində gizlənirəm. Yenidən zərbə almaq üçün

gizləndiyim yerdən çıxmağa gücüm yoxdur. Zamanın axını elə
bir yerə gətirib çıxardıbki insanları görərkən yolumuzu
dəyişirik. Doğma birisini tapmaq çox çətinləşib. Düşünmədən
güvənmək istədiyimiz insanlar hara yoxa çıxıblar görəsən.
Bəlkə biz özümüz onları gizlətmişik yaşadığımız dünyanın
qaranlığında… Hər şey bizdən asılıdır bəlkə də.
Gələcəyimizin yazılmış olduğu bir vərəq versəydilər bizə nə
edərdik görəsən? Yəqin ki, kimisi cırar, əzər atardı gələcəyini
dünəni kimi, kimisi də bir qayıq düzəldib buraxardı sonsuz
bir dənizə.
Mərhəmət hissini hansı suyla yumuşuq qəlbimizdən? Əlinə bir
dəyənək alıb acımadan bir canlının canını almaq insan
övladının hansı kitabında yazılıb? Vicdan məktəbinin
imtahanından niyə kəsilənlər var görəsən? Axı o məktəbin
şagirdi də, müəllimi də özləridi. İnsanlar qruplara bölünərək
psixologiyalarında fərqlilik əlaməti yaradıldı. Kim yaratdı
bunu sən, mən, bizmi? Kimlərdən fərqliyik pulu çox
olanlardanmı? Bəlkə satın ala bilmədiyimiz xoşbəxt həyat
üçün başqasından fərqləndik? Ya da dünən sənə salam verib
söhbət etdiyimiz, bu gün isə göz yaşları ilə “Allah rəhmət
eləsin yaxşı insan idi” dediyimiz şəxsdənmi? Bilmirik...
Vicdan şamı...
Həyatın suallarına doğru cavab tapa bilmərik. Tapsaq belə
həqiqəti qara torpaq altında gizlədərik. Üzərindədə gül
toxumları əkərik. Zəhər ətri bürüməsin vücudumuzu deyə.
Doğrulardan qaçar insan həmişə. Yorulmadan... Yalanlarla
ucsuz bucaqsız evlər tikmişik, yalansız insan yoxdu deyə -
deyə. Hər ad günümüzdə bir şam üfləyib arzu tutarıq
günahlarımız olduğunu bilə-bilə.İllərlə böyüdüyümüz həyatı
yaşlandıqdan sonra geriyə saymaq istərik. Sanki uşaqlıda
böyümək istədiyimizi bilmirmişik kimi.
Doğulduq, böyüdük şam üflədik, arzu tutduq, sevindik,
kədərləndik bu həyatda. Bəs kim olduq? Həkim, müəllim,
yaxşı bir iş adamı. Bəs vicdan adamı ola bildikmi. İçimizdə
böyütdüyümüz bir canavar hirsi böyüdüyü zaman nə
məlumdur bizi yeməyəcəyi??

0 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут