Mən artıq yadam insanlara....
32, Норильск, Россия

Mən artıq yadam insanlara.. Nə qədər axtardılar,amma

gizləndim.. Heç kəslə ünsiyyət qurmadım.. Qorxdum
ki,səndən söhbət açar kimsə və yenə içim yanar.. İmkan
vermədim ürəyimin daha da parçalanmağına.. Mən
susdum..sadəcə susdum.. İmkan vermədim ki,daha da zərbə
alım.. Özümə daha bir əzab yaşatmaq istəmədim.. Həyatdan
küsdüm.. Gedişindən sonra uzaqlaşdım həyatdan.. Amma bir
ömür boyu susa bilmərəm ki.. Bir ömür boyu sənsiz yaşaya
bilmərəm ki.. Axı necə edə bildin?! Düşünürdüm ki,heç bir
zaman məni tərk etməzsən.. Qorxmurdum gedişindən,çünki
sənə güvənirdim.. Harda səhv etdim axı? Niyə məndən
uzaqlaşdın.. Niyə?..
Həyat artıq mənə yaddır..Xoşbəxtlik olmadıqdan sonra nə
faydası var yaşamağın? .. Məni həyata bağlayan sən idin ..
Bəs indi niyə yoxsan?.. Niyə mən sənsizəm? .. Bəlkə
də,ikimizin birlikdə olmağını istəmədilər .. Yoxsa
sevmədiyinçün getdin? .. Əvvəllər xoşbəxt günlərim saysız
hesabsız idi .. Bəs indi xoşbəxtliyim hardadı? .. Əvvəllər hər
gün gülərdim .. İndi o gülüş dolu günlərimə həsrət
qalmışam .. Xoşbəxt günlərimə,sevinc dolu
anlarıma,uşaqlığıma həsrət qalmışam .. Məni həyata
bağlayan sən idin .. Amma indi həyatdan bağlarımı qıran da
sən oldun .. Məni xoşbəxt edən sən idin .. Amma indi
xoşbəxtliyimi alanda sən oldun .. Sənin sayəndə gülərdim ..
Amma bir gülümsəməyimə məni həsrət qoyan da sən oldun ..

Mənim gülüşüm sən idin ..
Mənim sevgim sən idin ..
Mənim dünyam sən idin ..
Mənim həyatım sən idin ..
Mənim saniyəm,dəqiqəm,saatım günüm sən idin ..
Mənim ömrüm sən idin ..
Mənim nəfəsim sən idin ..
Sən mənim hərşeyim idin .. hərşeyimsən ..
Bəs mən səninçün nə idim axı ?
sadə bir oyuncaq ?
Belə asan idimi qəlbimi qırmaq ?
Axı necə qıya bildin öz sevginə ?
Bir vaxtlar sevgilim dediyin mənə ?

0 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут