Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK.
Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayanda, səhər dərsə
gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən
də — BİZİK.
“Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin
aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə
etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK.
Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da — BİZİK.
“Kurtlar Vadisi” serialı ilk dəfə nümayiş etdiriləndən sonra “Polat
Alemdar” kimi kostyum geyinib şəhərdə ciddi gəzən də — BİZİK.
Atasının yanında 5 yaşlı uşağa “balaca kişi, aton yaxşıdı, ya eşşəy?” sualını verən də — BİZİK.
Sevgilimizə “sənə görə Facebook-u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK.
Küçədə pişik görüb onun kimi “myyyaaaoo” səsin çıxardan da — BİZİK. (pişik də bizi başa düşür axı)
Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK.
Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK.
Sıxlıq vaxtı qatara minəndə əsəbi halda “Ortaya keçin dəəə...orta boşdu”
deyib, qatara minərkən qapının ağzında dayanan da — BİZİK
Gizlənqaç oynayarkən gizlənməyə yer tapmadıqda, özümüzü asfalta sürtüb avtomobilin altında gizlənən də — BİZİK
Sevdiyimiz filmi seyr edərkən ordakı varlı rolunu oynayan aktyorun əvəzinə o rolda özümüzü təsəvvür edən də — BİZİK
Universitetdə dərsdə sıxılarkən müəllimə “ay məlim, onsuz da hamı
yorulub evə gedəcəyik, axırıncı dərsi keçməyin dəəə” deyib,
universitetin həyətində gəzməyi və müəllimi evə göndərməyi bacaran da —
BİZİK
Futbol oynayarkən ulduz futbolçuların fəndlərini bacarmasaq belə, ən
azından qol vurarkən onların qol sevincini 100% dəqiqliklə göstərməyi
bacaran da — BİZİK
Toyda televizorda özümüzə baxa-baxa oynayan da — BİZİK
Yas mərasimində mollaya qulaq asmayaraq şəhərdəki probkadan, siyasətdən, futboldan danışan da — BİZİK
Kimsə bizdən bilmədiyimiz bir şey soruşanda “Bilmirəm” sözünün əvəzinə “Yalan deyərəm” sözünü deyən də — BİZİK
Məhlədə yer olmadıqda maşını kiminsə qapısı önündə saxladıqda, həmən yer üstündə qonşularla sözləşən də — BİZİK
Kiminsə əynində bahalı geyim görəndə, ona paxıllıq edib, 2 həftə sup yeyib, hökmən həmən o bahalı geyimi alan da — BİZİK
tuk ne idi ay qiz? azeriye qoymada. onda w yerine u var. :))))
twk
deymez xowdu
hmmm
GOZELDI
tük