Bu ancaq BİZİK
33, Азербайджан


Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK.

Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayanda, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK.

“Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK.

Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da — BİZİK.

“Kurtlar Vadisi” serialı ilk dəfə nümayiş etdiriləndən sonra “Polat Alemdar” kimi kostyum geyinib şəhərdə ciddi gəzən də — BİZİK.

Atasının yanında 5 yaşlı uşağa “balaca kişi, aton yaxşıdı, ya eşşəy?” sualını verən də — BİZİK.

Sevgilimizə “sənə görə Facebook-u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK.

Küçədə pişik görüb onun kimi “myyyaaaoo” səsin çıxardan da — BİZİK. (pişik də bizi başa düşür axı)

Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK.

Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK.

Sıxlıq vaxtı qatara minəndə əsəbi halda “Ortaya keçin dəəə...orta boşdu” deyib, qatara minərkən qapının ağzında dayanan da — BİZİK

Gizlənqaç oynayarkən gizlənməyə yer tapmadıqda, özümüzü asfalta sürtüb avtomobilin altında gizlənən də — BİZİK

Sevdiyimiz filmi seyr edərkən ordakı varlı rolunu oynayan aktyorun əvəzinə o rolda özümüzü təsəvvür edən də — BİZİK

Universitetdə dərsdə sıxılarkən müəllimə “ay məlim, onsuz da hamı yorulub evə gedəcəyik, axırıncı dərsi keçməyin dəəə” deyib, universitetin həyətində gəzməyi və müəllimi evə göndərməyi bacaran da — BİZİK

Futbol oynayarkən ulduz futbolçuların fəndlərini bacarmasaq belə, ən azından qol vurarkən onların qol sevincini 100% dəqiqliklə göstərməyi bacaran da — BİZİK

Toyda televizorda özümüzə baxa-baxa oynayan da — BİZİK

Yas mərasimində mollaya qulaq asmayaraq şəhərdəki probkadan, siyasətdən, futboldan danışan da — BİZİK

Kimsə bizdən bilmədiyimiz bir şey soruşanda “Bilmirəm” sözünün əvəzinə “Yalan deyərəm” sözünü deyən də — BİZİK

Məhlədə yer olmadıqda maşını kiminsə qapısı önündə saxladıqda, həmən yer üstündə qonşularla sözləşən də — BİZİK

Kiminsə əynində bahalı geyim görəndə, ona paxıllıq edib, 2 həftə sup yeyib, hökmən həmən o bahalı geyimi alan da — BİZİK

13 просмотров
 
Комментарии
elxan20-23 14.09.2012

tuk ne idi ay qiz? azeriye qoymada. onda w yerine u var. :))))

YEVREYKA YEVREYKA 16.09.2012

twk

elxan20-23 16.09.2012

deymez xowdu

YEVREYKA YEVREYKA 16.09.2012

hmmm

elxan20-23 14.09.2012

GOZELDI

YEVREYKA YEVREYKA 14.09.2012

tük

Дневники
Дневники обновляются каждые 5 минут