07.11.2014
Bir  oglan
35, Азербайджан

Bir oğlan bir gün bir qız ilə tanış olur. O qız ilə uzun muddət bir yerdə ola bilmir.Çünki tanış olduğu qız ona mənim başqa bir sevdiyim olduğunu söyləyir....... Ancaq bu oğlan yenə də bu qızdan əl çəkməyib qıza hər dəfə eşq elan edir! Qız da yenə ona hər dəfə deyir ki , mənim başqa bir sevdiyim var.Bir gün oğlan qız evə gedərkən qızın qabağını kəsib ona yenə eşq elan etmək istədikdə qızın yanında bir oğlan görür. Bu oğlan çox ehtimal ki, qızın dediyi kimi sevdiyi oğlanimiş.

Bir neçə dəqiqədən sonra bunlar sağ ollaşandan sonra oğlan yenə qızın qarşısını kəsib ona yanındakı oğlanın kim olduğunu soruşur.Qız ona mənim sevdiyim oğlan olduğunu söyləyir. Aradan bir neçə il keçir həmin oğlan təsadüfən qızın lap yaxın bir adamının yanında olur.Qız bu oğlanı görüb tanıyır ki, bu həmin o oğlandır. Qız həmin lap yaxın adamının yanına gedib soruşur ki,bu oğlan kimdi.Ona mənim tanışım olduğunu söyləyir.Qız da lap yaxşı deyir və təşəkkürünü bildirib öz yoluna gedir. Bir gün bir xəbər çatır ki, qızın sevdiyi oğlan avariya düşüb dünyasını dəyişib. Qız ağlayır və sevdiyi oğlanın öldüyünə inanmayır hadisə yerinə gedir. Görür ki, həqiqətən də oğlan avariya nəticəsində dünyasını dəyişib. Aradan bir neçə vaxt keçər yenə qız evə gedəndə həmin oğlan qıza yaxınlaşıb ona başın sağ olsun allah rəhmət eləsin deyib ona çox təəsüfləndiyini bildirər.Qız da hə mənim sevdiyim oğlan dünyasını dəyişib mənim ən qəmli günümdə yanında olduğu üçün təşəkkür edir. Bu oğlanın hərəkəti qızı çox təəccübləndirir. Qızın hər halda qəmini paylaşacağı bir nəfərə ehtiyacı olduğu anda bu oğlan tam o an yerinə düşüb ki, qızın qəmli gününü paylaşan biri olub. Bu qız oğlana sağ ol deyir ki, nə yaxşı bugünki gündə mənim yanımdasan. Oğlan hə mən həmişə sənin yanında olmaq istəyirəm deyir və ona əlaqə nömrəsini verir ki, nə vaxt istəsən mənimlə əlaqə saxla. Bir gün qız sevdiyi oğlan üçün çox darıxır bilmir nə etsin həmin oğlana zəng edib mənim yanımda olmaq istədyini deyir və görüş təyin edib oğlan ilə görüşür. Qız oğlan ilə hər dəfə sevdiyi oğlan üçün darıxanda görüşür. Bir gün qız buna dözməyib oğlana sən məndən incimə deyir sən axı məni sevirsən, axı sənin qəlbini incitdiyimi düşünürəm bağışla məni deyir. Oğlan bütün bunlara baxmayaraq yenə hər an yanında olmağını söyləyər. Bu münasibət getdikcə daha da yaxşı istiqamətə doğru gedir. Oğlan qızı həminkindəndə daha çox sevir. Qızın da oğlan da könlü olur hər halda,bir oğlanın bir qıza məhəbbəti yəni bu dərəcəyəcən düzgündür. Hər bir qıza belə oğlan nəsib etsin. Amin

17 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут