Дневник пользователя Esqin1989

Esqin1989
35, Азербайджан

17.07.2014



Virtual aləmdən,xəyal dünyasından uzaq olan bir qız günlərin bir günü boş vaxtını keçirmək üçün müəyyən bir əyləncə axtarışına çıxır.Və əylənmək məqsədilə çata daxil olur.Gün ərzində vaxtının bir qismini çatda keçirərək tətilinə rəng qatmış olur.Təsadüf nəticəsində qızın daxil olduğu çat bir neçə günlüyünə bağlanır.Əyləncəli anlarını başqa çatda keçirən qız bir gənclə tanış olur.Elə ilk dəqiqələrdən dil tapan bu gənclər 2 saatlıq söhbətdən sonra sağollaşarkən oğlan qızdan bir də nə vaxt bu çatda olacağını soruşur.Qız başqa çatda oturduğunu deyir.Lakin nə qədər cəhd göstərsə də çatın adını oğlana çatdıra bilmir.Günlər,aylar keçir.Qız adəti üzrə çatda oturduğu günlərin birində həmin oğlanla qarşılaşır.Oğlan 2 aydan bəri…


07.11.2014

Bir oğlan bir gün bir qız ilə tanış olur. O qız ilə uzun muddət bir yerdə ola bilmir.Çünki tanış olduğu qız ona mənim başqa bir sevdiyim olduğunu söyləyir....... Ancaq bu oğlan yenə də bu qızdan əl çəkməyib qıza hər dəfə eşq elan edir! Qız da yenə ona hər dəfə deyir ki , mənim başqa bir sevdiyim var.Bir gün oğlan qız evə gedərkən qızın qabağını kəsib ona yenə eşq elan etmək istədikdə qızın yanında bir oğlan görür. Bu oğlan çox ehtimal ki, qızın dediyi kimi sevdiyi oğlanimiş.

Bir neçə dəqiqədən sonra bunlar sağ ollaşandan sonra oğlan yenə qızın qarşısını kəsib ona…


Getdiyin zamandan keçibdir illər
Daha ögəyləşib bizim bu əllər
Dolanıbdır aylar, ötüb fəsillər
Sən hansı cürətlə geri dönmüsən
Bu sənsən? Necədə dəyişilmisən.


Məndən uzaqlarda gültək solmusan
Keçən bu zamanda unudulmusan
Görürəm ki təksən, tənha qalmısan
Gəzdiyimiz yerləri tenha gəzirsən
Bu sənsən? Necədə dəyisilmişən

Mənim ehtiyacım qalmayıb sənə
Daha güvənmərəm sən tək xainə
Var-dövlət eşqinə, sərvət naminə
Məni tənha qoyub çıxıb getmisən
Bu sənsən? Necədə dəyişilmisən

Mənim tək neçəsin yolda qoymusan?
Kimlərə həyatı soyutdurmusan?
Kimlərin ölmünə səbəb olmusan?
Utanmaz-utanmaz deyib, gülürsən
Bu sənsən? Necədə dəyişilmisən.


Дневники
Дневники обновляются каждые 5 минут