Дневник пользователя jale--85

jale--85
39, Азербайджан

Ramiz Rövşəndən şeirlər
Ramiz Rövşənin «Nəfəs» adlı kitabından ən çox bəyəndiyim şeirlərini yerləşdirməyə çalışacam.Poeziya həvəskarlarına bu kitabı almağı və oxumağıməsləhət görərdim.

Gizlənməyə Bir Yer Göstər, Gizlənim


Gizlənməyə bir yer göstər,
gizlənim,
Səhər-axşam, axşam-səhər
gizlənim,
Oğlumdan da, qızımdan da
gizlənim,
Hamıdan da, özümdən də
gizlənim,
Kağızdan da, qələmdən də
gizlənim,
Ömürdən də, ölümdən də
gizlənim.

Bir yer göstər,
nə ev olsun, nə qəbir,
Bir daş altda, bir dş üstdə,
gizlənim.
...Allah, harda gizlənmisən?
Cavab ver!...
Çıx, mənə də bir yer göstər,
gizlənim...


Bu ağac öləcək
Üzündən gözündən tökülür ölüm
Bu ağac öləcək
Bu gün ya sabah
Bu ağaca gonan o quş oləcək
Üzündən gözündən tökülür ölüm
O quş da öləcək
Bu gün ya sabah
O quşa dən səpən o gız öləcək
Üzündən gözündən tökülür ölüm
O gız da öləcək
bu gün ya sabah

O qızı sevməyə dəyməz
O quşa baxmağa dəyməz
Ağaca çıxmağa dəyməz

Ağaca çıxmadım
Quşa baxmadım
Qızı sevmədim

Quş ucdu isti bir yerə
Qız getdi
qız getdi ərə
Ağac da ki durur hələ
Bir mənəm bir də ağac
Kəndir tapıb
bu ağacdan asımağa
qaldı əlac.


Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir


“Cəmiyyət, - yəni cəm. Mənim, üstəgəl sənin, Xocəstə, sənin Dövran, bir yerdə - bir sözlə hamimizin cəmi. Yəni biz. Biz o vaxt Biz oluruq ki, mən öz “Mən”imi kənara qoyum, Dövran öz “Mən”ini kənara qoysun, Xocəstə də öz “Mən”ini unutsun. Xocəstələr və Dövranlar... Amal güzgü kimidir. Güzgü - yəni hər şeyi göstərən həqiqət. Amal cəmiyyətə aydınlıq verməlidir. Sizin kurs işiniz ideal bir cəmiyyətin təsviridir; mənsiz, sənsiz, Xocastəsiz, Dövransız. “Güzgü”də güzgü, passız-filansız. Biz, yalnız Biz. Biz - yəni AMAL. İndi isə ideal bir cəmiyyəti təsvir edək. Mənsiz, sənsiz, “Xocəstə”siz, “Dövran”sız”.

Günlərin birində sevimli müəllimimizin təşəbbüsü ilə indi də sevə-sevə baxdığım filmə…


Bismilləhir-Rahmənir-Rahim!
Allahın salamı olsun Həzrət Peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə)!

25 iyul (mübarək Şəban ayının 23-də) Azərbaycanımızın ən yeni tarixində önəmli hadisələrdən biri baş vermişdir. “Yüz min müraciət” kampaniyası çərçıvəsində elan olunmuş imza sayına çatılmışdır. Ölkənin 100 mindən çox vətəndaşı məktəblərdə hicab qadağasının götürülməsi ilə bağlı dövlət başçısına edilən müraciəti dəstəkləmiş, öz imzasıyla hicab azadlığına dəstək vermişdir.

İyul ayının 25-də yığılan imzaların sayı - 6640.
Yığılan imzaların bu gün üçün ümumi sayı - 100320.

Beləliklə, kampaniyanın 23-cü günündə elan edilən yüzminlik hüdud keçilmişdir, əlhəmdulilləh!
Bu uğuru şərh edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirmişdir: “Şükürlər olsun ki, yüzminlik hədd keçildi. Allah Təalanın böyük lütfü…


20.11.2011


2011-ci il iyul ayının 3-dən start götürmüş "Prezidentə 100 minlik müraciət" imzatoplama kampaniyası davam edir. Öncədən xəbər verildiyi kimi, kampaniyanıın gedişatı ilə bağlı məlumatlar vaxtaşırı ictimaiyyətin diqqətinə çatdırılacaq.

İmzatoplama kampaniyası gedişatında 2011-ci il iyul ayının 23-də yığılan imzaların sayı - 4760 imzadır.

Bu günə qədər toplanmış imzaların yekun sayı - 90560 imza.

Qeyd edək ki, kampaniyanın gedişatı ilə əlaqədar statistik nəticələr mütəmadi olaraq "Dəyərlər"də dərc olunacaqdır.




"Yüzminlik müraciət" kampaniyasının

informasiya səhifəsinə

BURADAN DAXİL OLUN



Deyerler.org

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir


Bəli, artıq yüz minlik imza kampaniyası “baş tutdu”ya yaxındır, inşəallah. Hal-hazırda toplanmış imzaların sayı... Yox, bunu deyə bilməyəcəm. Çünki, imzalar o qədər sürətlə artır ki, indi bir rəqəm yazsam bir günə köhnələcək. Bəlkə də, artıq yüz mini keçmiş olacaq, Allah tofiqat versin.
Amma mən yenə də yazmaq istədim. Sadəcə hisslərimi. Yüz min imza. Çox dəyərli bir kampaniya oldu. İnsan düşündükcə daha dərinləri anlayır. Yüz min imzanın arxasında dayanan yüz min-yüz min düşüncə, yüz min qərar, yüz min həyacan durur insanın gözünün önündə. Yüz min imzalıq dəqiqələri, axıdılan tərləri, gülən gözləri hiss edirsən. Hansını deyəsən?! Yüz min hekayəsi var bu yüzminlik kampaniyanın.…


Ya Huseyn! Sənsən bəlanın aşiqi,
Həm cüdanın, həm cəfanın aşiqi,

Kərbəlanın mülkünə sultan ağam,
Həm həyanın, həm vəfanın aşiqi.

Sən himayət, həm hidayət eyləyən,
Hər fəqiqin, binəvanın aşiqi.

Qulların Allah edib çox imtahan,
Sən kimi yox imtahanın aşiqi.

Mən sənin uğrunda mülkündən keçən,
Hər ağanın, canfədanın aşiqi.

Yas tutur həl il sənə, uşşaqinə,
Tasuanın, Aşuranın aşiqi.

Mən bu dünyadə fəqət sən eyləyən,
Hər duanın, hər nidanın aşiqi.

Qasimi bir zəvvarın say, çün ki, o,
Hər an olmuş Kərbəlanın aşiqi.

Mustafanın, Murtəzanın aşiqi,
Ol İmam əl-Muctəbanın aşiqi,
Aşiqəm, Əhli-əbanın aşiqi.



Qasımbala Səfərov,

"Dəyərlər"in oxucusu


Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından ictifadə zamanı "Deyerler" AIN-ə istinad (www.deyerler.org) zəruridir



2011-ci il iyul ayının 3-dən start götürmüş "Prezidentə 100 minlik müraciət" imzatoplama kampaniyası davam edir. Öncədən xəbər verildiyi kimi, kampaniyanıın gedişatı ilə bağlı məlumatlar vaxtaşırı ictimaiyyətin diqqətinə çatdırılacaq.

İmzatoplama kampaniyası gedişatında 2011-ci il iyul ayının 16-da yığılan imzaların sayı - 10580 imzadır.

Bu günə qədər toplanmış imzaların yekun sayı - 65140 imza.

Qeyd edək ki, kampaniyanın gedişatı ilə əlaqədar statistik nəticələr mütəmadi olaraq "Dəyərlər"də dərc olunacaqdır.

Deyerler.org

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir


Дневники
Дневники обновляются каждые 5 минут