Bitmez heyat, gelmez ölüm...
33, Азербайджан

Kipriyimlə qor götürüb həsrət dolu baxışınla taleyimə yol çəkirəm
Kədər adlı zəhrimarı ciyərimə bal çəkirəm
Qədərimlə barışıram itaətə qol çəkirəm
Bu nə həyat,bu nə zülm!
Bitməz həyat,gəlməz ölüm!
Qınayanlar bu həyatda hansı dərdə şərik oldu?
Gül bağçamda çiçək əkdim tikan bitdi,qönçəm soldu
Acılara sinə gərdim gözümdən çox bağrım dondu
Bu nə həyat,bu nə zülm!
Bitməz həyat,gəlməz ölüm!
Gözümdən yaş sel su kimi axan zaman
Silmədiki bu yaşları bir tək insan
Bəzən bezib bu dərdlərə etdim üsyan
Ha çağırdım,ha bağırdım çıxmadıki səsim,ünüm
Bu nə həyat,bu nə zülm!
Bitməz həyat,gəlməz ölüm!
Üfüqlərə can ataraq dərdlərə şirin dedim
Günəşimi gözdüyürəm səhərlərdi bilin dedim
Yay günündə qar yağdı bəxtimə afərin dedim
Bu nə həyat,bu nə zülm!
Bitməz həyat,gəlməz ölüm!
Mən hələ də yürüyürəm bir üzüm ağ,biri qara
Hardan bilim bu cəfanın sonu gedib çıxır hara?
Güc almışam imanımdan gücüm çatar buludlara
Dərdlərimi nərdivantək ayağıma sərin dedim
Bitmə həyat,gəlmə ölüm!
Hələ çoxdu bu dünyada işıq dolu ömür günüm!
Hələ çoxdu bu dünyada sevgi dolu ömür günüm!
Bitmə həyat,gəlmə ölüm!

43 просмотров
 
Комментарии
Rainfall 27.07.2016

((

Sebishka90 Sebishka90 30.07.2016

:-(

Cəsur 25.07.2016

Meni menden qpoardi bu weir cox sag ol SeviwkA)

Sebishka90 Sebishka90 30.07.2016

Sen sag ol, *HEART*

Дневники
Дневники обновляются каждые 5 минут