Allahın bizim üçün yaratdıqlarının qiymətini bilək
33, Азербайджан



Həyatın dözülməz sancılarınamı yansın, yoxsa insanların vəfasızlığınamı? Gözləri dolmuşdur, nə etdiyinin fərqinə belə vara bilmir insan...

Rəbbinin sevərək və istəyərək yaratdığı canlılara qarşı necə laqeyd ola bilər ki?

Hər vaxt yaradılmışların ən şərəflisi olmasını anlamış və bunu insanlara qarşı davranışlarında bir qayda olaraq qəbul etmişdi.

İnsan üçün təvazökarlığın bir həqiqət olduğuna inanırdı. Hər vaxt ürəyindən sevgini, dilindən şirinliyi, həyatından əhdə vəfanı əsla əskik etmədi.

Nankorluğun və cahilliyin tüğyan etdiyi bu günlərdə yaşamaq o qədər çətin idi ki... Bunu ancaq yaşayanlar anlaya bilirdi.

İnsanlar həyata və insana dair bütün dəyərlərə mövqe və puldan baxar olmuşdu, belə baxan gözdə həqiqət olar idimi ki?
Bu göz baxdığı bir şeydə Allahın rəhmət və sənətinin gözəlliyini necə görə bilərdi?

Aləmlərin Rəbbi olan Allah Quranı Kərim də bu insanları bu şəkildə izah edirdi-" And olsun, cəhənnəm üçün də bir çox cin və insan yaratdıq ki, ürəkləri var, lakin onlarla anlamazlar... Gözləri var, lakin onlarla görməzlər... Qulaqları var, lakin onlarla eşitməzlər... Onlar heyvanlar kimidir, hətta daha da pozğun... Və cahillər onlardır! “Ə'raf Surəsi. 179.

Bu ayələr işığında insanın düşünməsi lazım deyilmi? Mən niyə və nə üçün yaradıldım, dünya həyatı mənim üçün əbədimi? Mən ölümlü bir insansam əgər, bu dünya malına bu qədər tamah niyə? Bu sorğulamanın cavabları şübhəsiz ki, nurlu bir çıxış olaraq ürəyimizə gələcəkdir.

Gəlin qarşımızda təvazökarlıq göstərən insanlara zülm etməyi buraxaq. Onların bu davranışlarını gözəl əxlaqın bir nümunəsi olduğunu unutmayaq. Bir gün gələcək bu ürəkləri itirdiyimizdə onların qiymətsiz və tapılmaz bir dəyər olduğunu anlayacaqsınız, amma bu anlamanız onları əsla geri gətirməyəcək.

Bu məzmunda deyirəm ki, şərtlər nə olursa olsun, Allahın bizim üçün yaratdıqlarının qiymətini bilək...

Üstünlüyün sevgidən, əhdə vəfadan və təvazökarlıqdan keçdiyini unutmayaq... Həyatımızda cahilliyin və nankorluğun tüğyan etdiyi bu günlərdə Bizdə onların oyuncağı olmayaq...

Sevginin gücü sizinlə və sevdiklərinizlə birlikdə olsun!!!

76 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут