Yağışam Mən
25, Азербайджан

İnsan deyiləm, indi bunu
anlamışam mən,
Eşq adlı buluddan süzülən bir
yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni
qarə buludlar,
Qəlbimdəki şəffaflığımı
saxlamışam mən ,
çünki yağışam mən.
Hər gün döyürəm
pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona
dərdim danışam mən,
dilsiz yağışam mən.
İsbat eliyə bilməyirəm
eşqimi heç cür,
Mümkün ki deyil eşqin oduna
alışam mən,
çünki yağışam mən.
Yarın evinin dövrünü
dəryayə çevirdim,
Çox şükr, rəqibin yolunu
bağlamışam mən,
qısqanc yağışam mən.
Yağsam da yerə, göylərə
qaytar məni, ya rəbb,
Torpaqlara bir yolluğa qoyma
qarışam mən,
çünki yağışam mən.
Fəhmi, mənim eşqim ola
bilməz ki, tükənsin,
Eşq adlı buluddan süzülən bir
yağışam mən,
bitməz yağışam mən


25 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут