Gerek ele o vaxti unudaydim seni.......
27, Краснокаменка, Украина

 Xəyallar qurardıq özümüz özümüzə Sən məni yaşadardın, mən isə səni. Bu həyat olmuşdu sanki möcüzə.. Qərək hələ o vaxtı unudaydım səni.. Dolaşıb küçələri söhbət edərdik, Hər sözünlə daha çox sevərdim səni Ya qərək o vaxtı sənlə qaçıb gedərdik, Yada qərək o vaxtı unudaydım səni.. Hər gecə səsini eşitmədən yatmazdım, Heçkimi yox, ürəyimə bağladım səni. Bu həyat cığırında indi çox azdım. Qərək hələ o vaxtı unudaydım səni.. Sən gedəndən bəri günlər boş keçir Mənim yoxluğum bəs, incidir səni? Ayrılıq toxumları ürəkdə qəm biçir Qərək hələ o vaxtı unudaydım səni.. Sənsiz nə mənasi galdı ömrün həyatın Bu nəmli gözlərim çox gəzdi səni Allah sevən ürəyimin versin bəlasın Qərək hələ o vaxtı unudaydım səni.. Nə bileydim uzaq deyildi bu ayrılıq, Xoşbəxtlik həyatı unutdurdu məni, Baha başa gəldi mənə bu avamlıq, Qərək bəlkədə heç tanımazdım səni..

17 просмотров
 
Комментарии
-FIDAN- 23.02.2014

əladı.ancaq qəmginlik gətirir insana

VoRaM-ZoRaM- VoRaM-ZoRaM- 23.02.2014

Twk.

Дневники
Дневники обновляются каждые 5 минут