Buna ne ad vermek olar ?
32, Азербайджан

Sahib çarəsiz şəkildə palatanın qapısında həkimi gözləyirdi.Ağlamaqdan qızarmış gözləri od tutub yanırdı.Həmişə atası ona" -Kişi ağlamaz,ağlamaq qadına xas xüsusiyyətdir- dediyində Sahib gülə-gülə - Mən kişiyəm, heç vaxt ağlamayacam- deyirdi. Amma Sahib atasına verdiyi bu sözünü tuta bilməmişdi. İlk dəfə atasını torpağa tapşırıb geri dönəndə ağlamaq tutmuşdu onu. Həmişə fəxr elədiyi, qürur duyduğu atasını bir daha görə bilməyəcəkdi. İndi də anası...

Atasının ölümündən heç iki ay keçməmişdi ki, anasını maşın vurdu. Həkimlər əllərindən gələni etdilər.Əvvəlcə kiçik əməliyyatlar olundu, amma bunlar yetmirdi.Həkim anasının qara ciyərindən əməliyyat olunmasının vacib olduğunu dedi. Əməlliyyat üçün çox pul lazım olduğunu bildirəndə, Sahibin gözünə qaranlıq çökdü. Nə edəcəkdi? Hardan tapacaqdı o pulu? Heç yerdə işləmir.Bir balaca çiçək mağazaları var idi, bir də köhnə iki otaqlı evləri.Bunların ikisini birdən satsaydı da o pulu əldə edə bilməyəcəkdi.Yaxın-uzaq qohumlardan da o pulun ancaq 1%-ni toplaya bilərdi. Anası gözünün önündə əldən gedirdi. Atasından sonra bir də anasını itirə bilmək ehtimalı onu dəli edirdi.

Həkim palatadan çıxar-çıxmaz Sahib dayanmadan sual yağdırmağa başladı.

- Həkim, anam necədi?Nə olmuşdu? Niyə təcili girdiz otağa? Nə olar yaxşıdı deyin. Anamı görmək istiyirəm.

- Sakit olun!- Həkim soyuqqanlılıqla cavab verdi. - İndi hələlik yaxşıdır.Amma əməliyyat mütləqdir, unutmayın. Ən azından donor lazımdır. İndiyə qədər gətirdiyiniz adamların heç birinin qara ciyəri uyğun gəlməyib. Amma bir nəfər var,qara ciyərini satmaq istəyir.Onunku uyğun gələ bilər bəlkə, amma onun da pula ehtiyacı var -dedi.


Sahib xəstəxanadan havasını dəyişmək üçün çölə çıxdı. Oturacaqda oturub dərin fikrə getdi. İndi nə edəcəkdi? Bəlkə o donorun ciyəri uyğun olacaq anasına? Onu əldən çıxarmaq olmaz. Bəs pul? Donora da pul lazımdır, əməliyyata da. Birdən Sahibin uzun zaman gülüş görünməyən üzündə təbəssüm yarandı. Amma bu təbəssüm heç də yaxşı niyyətli görünmürdü. Sanki Sahibin beynindən şeytani fikirlər keçirdi. Sahib birdn ayağa qalxıb xəstəxana həyətini tərk etdi.

Hava yavaş-yavaş qaralırdı. Şəhərin rəngbərəng işıqları sanki adama göz vururmuş kimi parıldayırdı.Sahib öz yaşadıqları binanın həyətinə çatmışdı.Başını qaldırıb üçüncü mərtəbənin eyvanına baxdı. Pəncərədən zəif işıq düşürdü.

Sahibgil ikinci mərtəbədə olurdular.Onlardan yuxarıda, yəni üçüncü mərtəbədə tənha bir qadın yaşayırdı. Nə ailəsi var idi, nə də bir yaxını. Amma puldan da, qızıldan da bol idi. Buna baxmayaraq çox simic idi. Dırnağından heç nə almaq olmurdu. Məhəllədə hamı ona "Qırçı Lətiş" deyərdilər. Amma heç kəs bunu onun üzünə deyə bilmirdi, uşaqlardan başqa.

Sahib həvəslə pilləkənləri yuxarı qalxdı. Lətafətin evinin qapı zəngini vurdu. Cavab gəlmədi. Qapını əlinin tərsi ilə döyməyə başladı. İçəridən yoğun səs eşidildi.

- Sındırma qapını, gəldim.

Qapını açanda Lətafət qarşısındakı alt qonşunu görüb təəccübləndi.

-Sən idin? Nə olub ,ay bala, düşmən qapısı döyürsən?

Yox,Lətafət xala, o nə sözdü? İçəri olar?

Lətafət oğlanı başdan aşağı süzdü. İndiyəcən Sahib onun evinə ayaq basmamışdı,indi nə olub?

-Allah xeyir eləsin.- deyə Lətafət dodaqaltı mızıldadı.- Keç içəri.

-Sağ ol, Lətafət xala.

Sahib ilk dəfə idi ki, bu evə ayaq basırdı. Hər tərəf par-par yanırdı. Hər il yenidən təmir olunduğundan evdə qüsur tapmaq mümkün deyildi. Son model mebellər, kamodun üstündəki bir-birindən gözəl suvenirlər adamın ağlını başından alırdı. Deyəsən çoxu qızıldan idi, ya da qızıl suyuna çəkilmişdi. Sahib ilk dəfə idi ki, belə gözəlliklə qarşılaşırdı.

-Keç otur.

Yoğun səs Sahibi xəyallardan ayırdı.

- Yox, xala, oturmağa gəlməmişm. Necə deyim, bilmirəm....e... Mənə bir az borc verə bilərsən?

-Borc?- Lətafətin sifəti birdən-birə dəyişdi.-Nə borcu?

Sahib onun belə reaksiya verəcəyini bildiyi üçün halını pozmadan davam etdi.

- Bilirsiz də, anam xəstədi, əməliyyat olunmalıdı. Çox pul lazımdı. Mənə bir az borc verin, söz verirəm, qaytaracam.

-Ə... sənin nəyin var mənə pul da qaytarasan? Ələ salmısan məni? Pulu alıb aradan çıxmaq istiyirsən? Mənim...

Sahib onun sözünü yarıda qoydu.

-Vallah qaytaracam, Lətafət xala. Anam çox xəstədi. Əməliyat olunmasa ...-Sahib susdu.- Allah eləməsin, mən onu itirə bilmərəm. Siz də istəməzsiz ki, bunu.

-Mən də xəstəyəm.-Lətafət sərt şəkildə cavab verdi.-Amma heç həkimə getmirəm. Nəyimə lazımdı? Həkim öz kefinə görə yazıb dolduracaq resepti, mən də gic kimi pullarımı dərman firmalarına səpəcəm? Allahın verdiyi ilə razılaşmaq lazımdır.

-Lətafət xala, xahiş edirəm, mənə borc da versən, hədiyyə də etsən trilyonlarından əskilər?- Sahib səsini yüksəltməyə başladı.Artıq öz yolundan çıxmağa başlayırdı.Evdə gördüyü cah-cəlal, Lətafətin bu simicliyi və insafsızlığı, anasının ölüm döşəyində can verməsi onu hədəqəsindən çıxarırdı.

-Tərbiyəsiz! Rədd ol evimdən. Mənim sənin kimilərə veriləcək pulum yoxdu. Yekə kişisən, get qazan,anana bax. Bu günə qədər o sənə baxıb, indi də sən ona bax. Rədd ol!

Sahib artıq nə edəcəyini bilmirdi. Bəlkə də bu evdəki bu qədər cah-cəlalı görməsəydi, sakitcə çıxıb gedərdi. Amma...Qolundan tutub onu çölə çıxarmağa çalışan Lətafəti itələyib mətbəxə doğru qaçdı.Elə stolun üstündə sanki onu gözləyən iri bıçağı alıb eyni sürətlə geri döndü. Lətafətlə koridirda qarşılaşdı.İtələndiyi üçün lap ədəbindən çıxmış Lətafətin şişman qarnına sapladı bıçağı. Lətafət bircə dəfə -Ay...-deyib, divara söykəndi.

-Nəyinə lazımdı bu qədər var-dövlət, hə? İndi köməyinə yetəcək? Çağır qızıllarını, gəlib yarana dərman olsunlar. Anam can verir, tək əlacı əməliyyatdı deyirəm, puluna qıyıb borc vermirsən. İndi apararsan özünlə hamısını.-Sahib bıçağı çıxarıb bir neçə dəfə Lətafətin qarnına, sinəsinə, böyrünə sancdı. Sanki həyatında yaşadığı acı günlərin acısını ondan çıxarırdı. Onu orada buraxıb salona keçdi. Kamodun üstündəki bütün suvenirləri yığışdırdı. Vazanın içindəki böyük məbləğdə olan pulu da alıb çıxdı. Aşağı, öz evlərinə düşüb sakitləşməyə çalışdı. Pulları saydı. Əməliyyat pulunun demək olar ki, yarısı idi. Sonra da böyük torbaya yığdığı suvenirlərə baxdı. Doğrudan da qızıl idi.

-Buna bax da...- Sahib başını bulayıb çırtıldadı. -İnsan övladı nə acgöz olurmuş.Tək canına bu qədər pulu, varı neynir? Heç kimi də yox. Olsa nə olacaq ki, guya onlara verəcəkdi? Acgöz arvad!

Sahib əlindəkiləri yatağının üstünə qoyub heç kimə görünmədən yuxarıya-Lətafətin evinə çıxdı. Qadın koridorda uzanıb qalmışdı. Hər tərəf qan gölünə dönmüşdü. Ağzından da qan gəlmişdi. Sahib bir anlıq üşəndi. Sonra anasının həyatının qurtaracağını düşünərək soyuqqanlılıqla hələ də soyumamış meyidi salona sürüdü. Üstünü divanın üstünə sərilmiş daş-qaşlı örtüklə örtdü və aşağıya-öz evlərinə düşdü. Bütün gecəni kabuslar gördü. Lətafətlə olan söhbətləri yadına düşdükcə özünə haqq qazandırmağa başladı. Səhər açılar-açılmaz suvenirləri satmaq üçün evdən çıxdı.

Günortaya yaxın, saat 11-12 arası xəstəxanaya getdi. Həkimlə görüşüb pulu tapdığını dedi. Elə həmin gün ciyərini satmaq istəyən adamı çağırıb uyğunluğu yoxladılar.Sahibin sevincinin həddi-hüdudu yox idi. Anası sağalıb ayağa qalxacaq.Hər şey yoluna girəcək.

Birdən Sahibin kefi pozuldu. Axşamkı hadisə yadına düşdü.Titrəməyə başladı. Sanki indi başa düşürdü nələr olduğunu. Sahib adam öldürdü. Sahib cinayət işlətdi. Ay Allah, mən bu əzabla necə yaşayaram? Mən neylədim? İndi nə olacaq? Ay Allah, keç günahımdan.Anam üçün elədim.

Lazımi qədər gecikdiyi üçün elə həmin gün həkimlər əməliyyata qərar verdi. Beş saatlıq əməliyyat uğurlu alınmışdı. Hər iki xəstə normal idi. Anası özünə gəldikdən sonra Sahib sonuncu dəfə palataya daxil olub, anasını gördü. Anasına heç nə his etdirmədən həkimin qoyduğu vaxtın bitdiyini bəhanə edib onunla sağollaşıb çıxdı. Xəstəxananın həyətində dayanıb qaralmağa başlayan göy üzünə baxdı. Batmış günəşin yüngül şüaları buludların arxasında hiss olunurdu. Sahib yavaş-yavaş gedirdi. Başını qaldıranda isə özünü yaxınlıqdakı polis şöbəsinin binası qarşısında gördü. Tərəddüd etmədən içəri keçdi.

Pul gör neçə insanın həyatını dəyişdirdi?! Sahib təslim olub cəzasını çəkməyə razı oldu. Lətafət acgözlüyü üzündən canından çox istədiyi pullarının güdazına getdi. Sahibin anası- Sahibə isə sağalıb ayağa qaxsa da, oğlunun onun üzündən qatil olması düşüncəsinə dözməyib yenidən yatağa düşdü.

3 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут