Adam Tanıyıram
39, Азербайджан

Adam tanıyıram gülərüz, sadə,

Adam tanıyıram yaşayır zadə.
Adam tanıyıram o bu dünyadə
Yaşayır, insandı, insanlığı yox.

Adam tanıyaram baxsan utanır,
Adam tanıyıram arsız dolanır.
Adam tanıyıram mənliyin satır,
Bir qara qəpiklik qanacağı yox.

Adam tanıyıram imanı kalan,
Adam tanıyıram xəyalı talan.
Adam tanıyıram eşşəyə palan,
Mərifət, nəzakət anacagı yox.

Adam tanıyıram ona inanma,
Adam tanıyıram heç adam sanma,
Adam tanıyıram, məni qınama,
Adam sırasında olacağı yox.

Adam tanıyaram əməli saleh,
Adam tanıyıram olursan valeh.
Adam tanıyıram, demirəm ki, eh,
Dünyada bir izi qalacağı yox
.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
23.04.2017

120 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут