Gəl mənim ömrümə  bir  bahar kimi...
39, Азербайджан


Payızı yox eylə ,qışı yox eylə,
Bir şirin kəlam de, şirin söz söylə.
Deyəcəm qəlbimdən keçəni belə,
Gəl mənim ömrümə, bir bahar kimi...
...
Yağış ol,damlana islanım özüm,
O,ipək telinə mən çələng hörüm.
Deməyə o qədər varımdı sözüm,
Gəl mənim ömrümə bir bahar kimi...
...
Başına çəkmisən örbəyi, şalı,
Qəlbimə qoymusan sən adlı xalı.
Nolar, rəhm eylə bir kərə barı,
Gəl mənim ömrümə bir bahar kimi...
...
Qəlbimdə istəyim çağlayar coşar,
Könül səni istər, səni arzular.
Külək ol, əsginən lap tufan qopar,
Gəl mənim ömrümə bir bahar kimi...
...
Baxım, o gözlərə, duyum ətrini,
Astaca, aramca tutum əlini.
Qışda gəl yox eylə, çovğunu, çəni,
Gəl mənim ömrümə bir ,bahar kimi ...
...
Gözlərəm yolunu, ümüdüm mənim,
Yetişki, yox olsun kədərim, qəmim.
Diləyi tək budur Seymur Sönməzin,
Gəl mənim ömrümə bir ,bahar kimi...

MÜƏLLİF : SEYMUR SÖNMƏZ

09.11.2015


0 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут