19.05.2011
HZ. ELI
32, Азербайджан

“Əgər İslam özünə bir övlad götürübsə ilk övlad Həzrəti Əlidir.” (Ənəs bin Malik)

“Kimdir Həzrəti Əli?” sualının cavabı o qədər coxdur ki...
1. Rəsulullahın əmisinin oglu.
2. Ona ilk iman edən uşaq.
3. Hicrət gecəsi Peyğəmbərin yatağına yatan, yorğanı da başına çəkən, yəni ölümü gözə alan bir igid.
4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Tərbiyyəni Rəsulullahdan alıb.
5. Rəsulullahın kürəkəni. Peyğəmbər nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir.
6. Elmin qapısı.
7. Dördüncü xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır...
8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır...

Həzrəti Əli 5 yaşından bəri Rəsulullahın yanında böyüyüb. On yaşında İslamı qəbul etdikdə ittifaq var. Həzrəti Xədicədən sonra müsəlmanlığı ilk qəbul edən də məhz odur. Doğrudur, bu barədə ixtilaf da mövcuddur, lakin üləma – Peyğəmbərə ilk iman edən qadın Həzrəti Xədicə, ilk iman edən uşaq Həzrəti Əli, ilk iman edən azad kişi Həzrəti Əbu Bəkr, ilk iman edən kölə Həzrəti Zeyd ibni Harisə olduğu barəsində ittifaq edir.

Dedi ki, o Rəsulullahın evində böyüyüb. Allah Rəsulu öz övladları ilə onun arasında heç bir fərq qoymayıb, ona yalnız əmi deyil, həm də rəhbər olub.
O, bir gün Həzrəti Peyğəmbər ilə Həzrəti Xədicəni ibadət edərkən görüb bunun nə demək olduğunu soruşmuş, Peyğəmbərimiz də ona aləmlərin Rəbbini anlatmış, onu ilk öncə imana, sonra da namaza dəvət etmişdi. 40 yaşında biri 10 yaşındakı uşağa uşaq gözü ilə baxmamış, mühakimə yetənəyi olan bir insan kimi davranmış və onu imana dəvət etmişdi. O da “bunu atama söyləyim sonra sənə bir cavab verərəm” demiş, Rəsulullah isə “yox, ya iman edəcəksən, ya da ki, bunu atana söyləməyəcəksən” deyə cavab vermişdi. Həzrəti Əli də: “o zaman mənə möhlət ver düşünüm” demişdi. Sabahı gün gəlmiş, dünən söylədiklərini bir daha söyləyərsənmi, deyə Rəsulullahdan rica etmişdi. Rəsulullah da bir daha ona aləmlərin Rəbbini anlatmışdı. Həzrəti Əli “aləmlərin Rəbbi məni yaradarkən atamdan izin almamışdı, mən də Ona iman edərkən heç kimdən izin istəməyəcəm” demiş və iman etmişdi.

10 yaşında bir uşağın təfəkkürü bizə örnək deyilmi? O gecə o, səhərə kimi aləmlərin Rəbbini təfəkkür etmiş və sonunda Ona iman etmişdir. O gündən sonra Həzrəti Əli Rəsulullahın əkizi kimi olur. Rəsulullah harda olarsa, Həzrəti Əli mütləq orada olardı.
İman etdiyi 3-cü ilin sonlarında Rəsulullah Allahın “qohumlarından başlayaraq” “açıq dəvət et!” əmrini yerinə yetirmək üçün doğmalarını evinə dəvət edir. Qonaqlıq verir və məqsədini açıqlayır. Əmisi Əbu Ləhəb ona qarşı çıxaraq bu dəvətinə əngəl olur. Rəsulullah 13 yaşlı Həzrəti Əli ilə istişarə edir: “Nə edək, ya Əli?” Həzrəti Əli “Onları bir daha toplayaq” deyir. Beləliklə ertəsi gün həmin qohumlar bir daha toplanır. Rəsulullah bir gün əvvəlki sözlərini təkrar edir, qohumlarından səs çıxmayınca Həzrəti Əli “mən sənə iman etdim, ya Rəsulullah!” deyir. Ordakı dəvətlilər 13 yaşlı bir uşağın Rəsulullaha əl verməsini lağa qoyarlar. Amma Allah Rəsulu ona uzanan o əli tutur və bir daha da buraxmır.
Həzrəti Əli o gün “ənə” (mən) deyərək önə çıxır, hicrətdə “ənə” deyərək önə çıxır, Bədrdə, Uhudda, Xəndəkdə... hər birində “ənə, ya Rəsulullah!” deyərək önə çıxır və heç bir vaxt arxada qalmır. Hər bir işdə ilklərdən biri olur.

Bədrə əlində bayraq qatıldı, Uhudda qazi oldu, bütün cihadlarda Rəsulullahın yanında yer aldı, ən çətin döyüşlərdə ad-san qazandı. Bədrdə döyüş başlamadan öncə Qureyişlərlə təkbətək döyüşən üç kişidən bir o idi. Bu döyüşdə Vəlid b. Muğirəni öldürdü və Həzrəti Əbu Ubeydəni çətin vəziyyətdən xilas edərək onun rəqibini də Allah adına öldürdü. Bu döyüşdən qənimət olaraq bir qılınc, bir qalxan, bir dəvə və bir də “Allahın Aslanı” ləqəbini qazandı.
Bədr savaşından sonra Həzrəti Fatimə ilə evləndi.
Uhud döyüşündə bir çox yerində yara aldı və Uhud qazilərindən oldu. Peyğəmbərin bu döyüşdə öldüyü xəbəri yayıldıqda bir çox səhabənin əli-qolu boşalıb Mədinəyə geri qaçarkən Həzrəti Əli irəli getdi, döyüşməyə davam etdi.
Hubeybiyə sülh müqaviləsinin imzalanmasında Həzrəti Əlinin böyük rolu olmuşdur.
Məkkənin fəthində Rəsulullahla bərabər Kəbədəki bütün bütləri qırmış, İbrahimin rolunu birlikdə ifa etmişdilər...

Hicrət gecəsi.
Hicrət gecəsi Həzrəti Əlinin Məkkədəki ən önəmli gecələrindən biridir. Və o gecə tarixə - leylətul mubeyyət (dəyişim gecəsi) olaraq düşüb. O gün Rəsula "hicrət et!" əmri gəlmişdi. Və o, Əbu Bəkrin yanına gedərək hicrətə birlikdə gedəcəklərini xəbər vermiş və hazırlaşmasını söyləmişdir.
23 yaşında olan Əliyə “Ey Əli! Bu yaşıl libası geyin və mənim yatağıma yat!” dedi. “Yatağıma yat” demək “mənim əvəzimə öl!” deməkdir. Həzrəti Əli “ləbbeyk, ya Rəsulullah” demiş, "Öl!" əmrinə “ləbbeyk” deyərək cavab vermişdi. Heç bir tərəddüd etmədən, necə, nə cür olacaq demədən təslim olmuşdu. Nəinki yatağa uzanmış, hələ bir yorğanı da başına çəkmişdi. Onu Rəsulullah bilib öldürəcəklərini bilirdi, amma heç də bu yatağa yatmaqda tərəddüd etməmişdi.
Daha sonra Favatim deyə bilinən 3 Fatiməni, - Həzrəti Rəsulullahın qızı Fatiməni, anası Fatiməni və əmisi Zubeyrin xanımı Fatiməni, - götürərək o da Mədinəyə hicrət etmişdir.
Hicrətdən həmən sonra Rəsulullah “qardaşlıq” dastanına imza atır. Bir tərəfdə mühacirləri, digər tərəfdə ənsarları ailələri və insanları bir-birinə qardaş elan edər. Marfizinin dediyinə görə, o gün Allah Rəsulu 186 ailəni bir – birinə qardaş elan etmişdir. İnsanlar Rəsulullahın dodaqlarından çıxan xəbəri gözləyirlər. O isə hər kəsi bir – biri ilə qardaş elan edir, lakin Həzrəti Əliyə nədənsə "növbə çatmır". O da bir az qəmli halda Rəsulun yanına gələr “Ya Rəsulullah, hər halda məni unutdun, məni heç kimlə qardaş elan etmədin” deyər. Allah Rəsulu “Yox, Ey Əli! Sən mənim dünyada və axirətdə də qardaşımsan” deyə cavab verər və bu sözü 3 dəfə təkrar edər.
13 yaşında əl uzatmış Həzrəti Əli, “ənə, ya Rəsulullah!” demişdi. Rəsulullah o ələ o zaman necə əli necə tutmuşdusa bir daha heç buraxmamışdı... O əli uzadanı özünə dünyada da, axirətdə də qardaş elan etmişdi.
Bütün səhabələr Rəsulun əshabı olsa da Həzrət Əli onun qardaşı olmuşdu.
Bir də Rəsulullah onu görmədən iman edənləri özünə qardaş elan etmişdi. Təbii ki, əgər Həzrət Əli kimi iman edə biləriksə...

Bədr döyüşü
Bu döyüş müsəlmanlarla müşriklərin ilk döyüşüdür. Hicrətin ikinci ilində Rəsulullah Əbu Sufyana məxsus karvanın Mədinənin kənarı ilə keçərək Məkkəyə getmək istədiyini öyrəndikdə bu karvanın yolunu kəsmək istəyir. Mühacirlərdən 60 nəfər, ənsardan 253 nəfər olmaqla cəmi 313 nəfərlik bir qrupla yola çıxırlar. Bunu öyrənən Əbu Sufyan karvanın yolunu dəyişir və Məkkədən yardım istəyir. Bədr quyuları yanında iki ordu üz-üzə gəlir. Birinin 700-100 nəfərlik yaxşı silahlanmış ordusu, o birinin cəmi iki atı və 313 nəfərlik imanla silahlanmış ordusu...
Karvan xilas olduğuna görə, məkkəlilər də, mədinəlilər də geri dönə bilərdilər. Lakin məkkəlilər vuruşmadan geri çəkilmək istəmirdilər.
Rəsulun məqsədi karvanın önünü kəsmək idi, döyüşmək yox. Ona görə də istişarə edir, onunla gələnlərdən "nə edək?"- deyə soruşur. Əbu Bəkr və Ömər ayağa qalxır: “Sənə fəda olaq, ya Rəsulullah! Sən nə desən biz də onu deyirik. Savaş desən savaşarıq, geri dön desən dönərik.” Rəsulullah sevinsə də əsas məqsədi ənsarın fikrini bilmək idi. On görə bir daha soruşdu “Bu iş üçün nə deyirsiniz?” Bu dəfə Məkkənin igid gənclərindən biri olan Miktat ibni Əsvəd ayağa qalxdı “Ya Rəsulullah! Biz əsla İsrailoğullarının peyğəmbərləri Musaya söylədiyini sənə söyləməyəcəyik. Onlar döyüş əmrinə qarşı gələrək “Sən və Rəbbin döyüşsün. Biz burada səni gözləyərik demişdilər.” Biz elə demirik və sənin arxandayıq, səninlə bərabər savaşa qatılacağıq və bu din uğruna lazım olarsa parçalanaraq öləcəyik” Allah Rəsulu ondan da razı oldu, amma o yenə də ənsarın fikrini bilmək istəyirdi. Ona görə bir daha soruşdu. “Siz bu işə nə deyirsiniz?” Bu dəfə Musad b. Umeyrin əlindən iman şərbətini içən ənsarın liderlərindən olan Sad b. Muazz ayağa qalxdı. “Ya Rəsulullah! Mənə elə gəlir ki, sən bizim fikrimizi soruşursan. Bütün ənsar camaatı adından bunu mən söyləyim: “Bu qızıl dənizi yarın desən, ənsarın içində hamı arxasına baxmadan o qızıl dənizə girəcək. Biz səninlə şərəf qazandıq. O şərəfi qorumaq üçün də sənin arxandayıq.” Rəsulullah bunu duymaq istəyirdi, çox sevindi.

İki ordu qarşı-qarşıya gəldi. Məkkə qoşunlarından bir səs ucaldı: Ey Muhəmməd! Mən Utbə, yanımda qardaşım Şeybə və oğlum Vəlid. Biz üç savaşçıyıq, bizim önümüzə üç savaşçı çıxart. Bir az öncə ənsar dediyini təsdiq etmək üçün ayağa qalxdı. Aff, Muazz, Abdulla ibni Rəvaha ayağa qalxdı. Biz Ya Rəsulullah! Və savaş meydanına çıxdılar. Utbə onları gördükdə "siz kimsiniz?" dedi, cavab verdilər müsəlman ənsarlardanıq. Utbə dedi ki, biz bura öz qövmümüzdən olanlarla savaşmağa gəldik. Ey Muhəmməd, bizə Qureyşdən savaşçılar göndər. Rəsulullah ətrafına baxdı və üç nəfərə “Qum” dedi. Qum ya Hamza ibn Abdul Muttalib, qum Ya Əli ibn Abu Talib, qum ya Əbu Ubeydə ibn Haris. Biri əmisi, ikisi də əmisi oğulları... 60 nəfər mühacir müsəlman var ikən Rəsulullah niyə əmisi və əmisi oğullarını çıxartı? Əgər din adına qurban lazımdırsa Rəsulullah bunu öz ailəsindən verirdi. Əvvəlcə məndən, mənim parçamdan olsun deyirdi.
Həmzə ortada Əli sağında, Ubeydə solunda önə çıxırlar. Əli bir vuruşla Vəlidi öldürdü, Həmzə bir vuruşla Utbəni öldürdü. Təkbir səsləri yüksəldi. Əbu Ubeydə ilə Şeybə isə bir – birini yaraladılar. Həzrəti Əli əmisi oğluna yardıma qaçaraq Şeybəni də öldürür.
Musad b. Sad deyir ki, “o gün Əli, ağacdan meyvə qoparırmış kimi müşrüklərin başını qoparırdı.” O gün Həzrəti Əli 30 yaxın müşrükü öldürür. İslam ordusu Mədinəyə zəfərlə dönür.
Bədr sonrası Həzrəti Əli Rəsulullahın “atasının anası” olan qızı Fatimə ilə evlənir. Və peyğəmbər nəsli bu evlilikdən doğulan uşaqlarla davam edir.

2 просмотров
 
Комментарии
jale--85 19.05.2011

Allah komeyin olsun.Allah Ehli-Beyt sevgisini ureyimize daim eder inwaAllah

Дневники
Дневники обновляются каждые 5 минут