Bəşar Əsəd: Suriya Qərbə tabe olmayacaq
49, Москва, Россия


Bəşar Əsəd: Suriya Qərbə tabe olmayacaq
Tehran Radiosu-Suriya prezidenti deyib: Bu ölkə heç vaxt Qərbə, xüsusilə də Amerikaya tabe olmayacaq.

Suriyanın prezidenti Bəşar Əsəd bu gün Türkiyədə çap olunan Cümhuriyyət qəzeti ilə müsahibədə Qərbin anti-Suriya siyasətlərinə işarə edərək vurğulayıb: Suriya ABŞ başda olmaqla Qərb siyasətlərinə tabe olsaydı, indi ölkədəki böhran başa çatmış olardı. Amma bu ölkə heç vaxt Qərbin siyasətlərinə tabe olmayacaq.

Bəşar Əsəd həmçinin Türkiyə təyyarəsinin Suriyada hədəfə düşməsindən təəssüfləndiyini qeyd edərək deyib: Bu təyyatə çox vaxt sionist rejim qırıcılarının uçuşduğu dəhlizdə uçduğu üçün hədəfə tuş gəlib.

Əsəd Türkiyə təyyarəsinin Suriya hava hüdudlarında uçduğuna dair faktlara istinad edərək deyib: Əgər Türkiyə təyyarəsi beynəlxalq hava zonasında vurulsaydı, mütləq Suriya üzr istəyərdi.

Qeyd edək ki, 2012-ci il iyunun 22-də Türkiyənin hərbi təyyarəsi Suriya hava hüdudlarına daxil olaraq xəbərdarlıqlara laqeyd qaldığı üçün Suriya tərəfindən vurulmuşdur.

3 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут