Qərb ölkələrində enerji daşıyıcıları və mənzil qiymətlərində bahalaşma davam edir
49, Москва, Россия


Səhər.TV—Qərb ölkələrində enerji və mənzil sektorunda qiymətlərin sürətlə bahalaşması bu ölkələri yeni iqtisadi böhrana sürükləyir.

Bəzi Avropa ölkələrində enerji daşıyıcılarının xüsusilə də benzinin bahalaşmasının ardınca, bu dəfə İtaliyada benzinin qiymətində artım müşahidə olunub. Belə ki, İtaliyada hər litr benzin 2.1 avroya satışa çıxarılıb.
2012-ci ildə daha artıq sürətə malik olan İtaliyada benzinin qiymətindəki artımın davamında bu gün bir daha qiymətlərdə bahalaşma müşahidə olunub.
İtaliyada benzinin qiymətində bahalaşma dünya bazarında neftin bahalaşması, avronun dollar müqabilində dəyər itirməsi habelə, vergilərin artmasıdır.
İtaliyada benzinin qiymətinin bahalaşmasına etirazların artması ilə yanaşı italiyalı əkinçilər bu ölkə hökumətini yalançılıq, saxtakarlıq və qida sektorunda çalışan şirkətləri iflasa sürükləyən vəziyyətin yaradılmasında ittiham edərək, paytaxt Romada aksiya keçiriblər.
Fransada da enerji sektorunda qiymətlərin artması ilə yanaşı mənzil sektorunda da bahalaşma müşahidə olunmaqdadır. Belə ki, 2005-2010-cu illər arası müddət ərzində Fransada mənzil sektorunda xərclər 17% artıb. Bu isə orta yaşam səviyyəsindən 4% daha çoxdur.
Amerikanın xəzinədarlıq naziri də bildirib ki, ölkəsi dünya bazarında neftin qiymətinin artmasını və digər problemləri nəzərə alaraq, ciddi iqtisadi problemlərlə üz-üzədir.
Timoti Gitner daha sonra deyib: Hökumət bu problemlərin həll edilməsi üçün özünü dünya bazarında neftin qiymətinin artması ilə uyğunlaşdırmalıdır.
ABŞ-ın xəzinədarlıq naziri həmçinin, ölkəni bürümüş işsizlik, yoxsulluq və mənzil problemləri ilə mübarizənin aparılmasını istəyib.
Gitnerin sözlərinə görə, ABŞ öz büdcə kəsrini təmin etmək üçün vergiləri artırıb və xərcləri azaldıb.
İspaniya da ciddi iqtisadi problemlərdən əziyyət çəkir. Belə ki, "Bank İspaniya" tərəfindən açıqlanmış statistik məlumatlara görə, bu ölkənin ümumi borclarının miqdarı 2011-ci ilin sonuna kimi 734.96 milyard avroya çatıb. Bu isə İspaniyanın ümummilli istehsal həcminin 68.5%-ni təşkil edir.
İspaniyanın borcları Avropa Birliyi tərəfindən təyin olunmuş miqdardan yəni, ümummilli istehsal həcminin 60%-dən daha çoxdur.
Həmçinin, İspaniyada iqtisadi böhran mənzil sektorunda ciddi fəsadlara səbəb olub. Belə ki, minlərlə nəfər evsiz qalıb. İnsanların evlərinin müsadirə edilməsi İspaniyada milli fəlakətə çevrilib. Bir çox ailələr iqtisadi böhran, işsizlik, gəlirlərin az olması və xərclərin artmasına görə mənzil kreditlərini ödəyə bilmirlər. Nəticə etibarı ilə banklar onların mənzillərini müsadirə edir.
Bu arada Yunanıstan avro zona ölkələri arasında ən pis iqtisadi vəziyyətə malikdir. Milyonlarla insanın iş yerini itirməsi bahasına başa gələn iqtisadi qənaət siyasətinin icrası ölkədə xalq etirazlarının genişlənməsinə səbəb olub.
Kanadada isə təhsil xərclərinin artırılmasına etiraz edən tələbələrin etiraz aksiyası polis zorakılığına məruz qalıb. 150 nəfərin həbs edildiyi bildirilən bu etiraz aksiyasında çoxlu sayda insanın da yaralanıb.
Kanada polisi Monreal şəhərində universitetlərdə təhsil haqqının artırılmasına etiraz olaraq keçirilən bu aksiyada 2000 nəfərin iştirak etdiyini bildirib.
Deyilənlərə görə polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Kanadanın Kebk Ştatının yerli hökumətinin baş naziri Jan Çarst 2011-ci ildə bildirmişdi ki, 2012-ci ilin yanvarından universitetlərdə təhsil haqqını artıracaq. Və təhsil haqqının artırılması prosesi qarşıdan gələn 5 il müddətinə davam etdiriləcək.
2011-ci ilin aprelində də Monreal şəhərində təhsil xərclərinin artırılmasına etiraz olaraq aksiya keçirilmişdi. O zaman da tələbələr polis zorakılığına məruz qalmışdılar.

1 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут