Ərəbistanda tələbə qızların etiraz aksiyası davam edir
49, Москва, Россия

Səhər.TV—Ərəbistanda narazı əhalinin kəskin formada repressiyalara məruz edilməsinə baxmayaraq, tələbə qızlar etiraz aksiyalarını davam etdirirlər.

"Vömən Vyuz On Nyus" internet saytının məlumatına görə, Ərəbistanda minlərlə qadın tələbə Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri tərəfindən geniş formada zorakılıqlara məruz qalmalarına baxmayaraq, ikinci dəfə olaraq təhsilin dözülməz vəziyyətinə etiraz olaraq aksiya keçirib.
Ərəbistanın cənubunda yerləşən Əbha şəhərində Şah Xalid Universitetinin tələbələri tərəfindən keçirilən bu etiraz aksiyası universitet rəhbərliyinin səhiyyə xidmətlərini dayandırması və yataqxanalar və universitetin təmizliyi və sanitariya məsələlərində tələbələrin məsuliyyət daşıdığını elan etməsinin ardınca baş tutub.
Bu məlumata görə, universitetin həyətinə qalaqlanmış zibillikdən qalxan üfunət iyinin dözülməz həddə çatmasının ardınca tələbələr dərslərdə iştirak etməkdən imtina edərək, universitetdə sanitariya vəziyyətinin anormal vəziyyətinə qarşı çıxıblar.
Etiraz aksiyasının genişlənməsi ilə məzhəb polisi və təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edərək, tələbələrə qarşı zorakılıqlara əl atıblar.
Deyilənlərə görə, tələbə qızlara qarşı güc tətbiq edilməsi nəticəsində bir tələbə həlak olub, 50 nəfər isə yaralanıb.
Bu hadisələrin ardınca bütün universitetlərdə tələbələr tərəfindən etiraz aksiyalarının keçirilməsi qadağan edilib.
Amma, Ali-Səud rejimi tərəfindən etiraz aksiyaları və ictimai toplantıların qadağan edilməsinə baxmayaraq, indiyə kimi universitetlərdə tələbələr tərəfindən təhsilin dözülməz vəziyyətinə etiraz olaraq aksiyalar davam etdirilir.
Ərəbistanlı tələbə qızlar ölkədə təhsilin vəziyyəti ilə bağlı ayrı-seçkiliyə yol verildiyini bildirirlər.
Tələbələrin təhsilin vəziyyətinə etiraz olaraq universitet rektorunun tutduğu vəzifədən azad edilməsini tələb etmələrinin ardınca polis qüvvələri tələbələrə hücum ediblər.

1 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут