Nəsrulla Dünya İctimaiyyətinin Bəhreyn olayları qarşısında sükut etməsini qınadı
49, Москва, Россия




Səhər.TV—Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrulla Beyrutta livanlı tələbələrin məzun olmaları münasibəti ilə keçirilən mərasimdə etdiyi çıxışı zamanı Ərəb dövlətləri və beynəlxalq qurumların Bəhreyndə baş verən olaylar və Ali-Xəlifə rejiminin cinayətləri qarşısında sükut etmələrini qınadı.

Seyid Həsən Nəsrulla Bəhreyn olaylarına İslam Dünyasının, Ərəb Dünyasının və bütün bəşəriyyətin məsələsi kimi yanaşılmalı olduğunu vurğulayaraq, deyib: Dünya İctimaiyyəti Ərəb Dünyasında baş verən hadisələr qarşısında ayrı-seçkiliyə və ədalətsizliyə son qoymalıdır.
"Biz Bəhreyndə Şeyx İsa Qasımın çağırışı əsasında yüz minlərlə insanın Ali-Xəlifə rejiminin cinayətlərinə etiraz olaraq küçələrə axışmasının və öz tələblərini səsləndirmələrinin şahidiyik. Bəhreyn rejimi ilə müxalif olanların sayı son dərəcə çoxdur. Onlar Bəhreyn əhalisinin əksəriyyətini təşkil edirlər və hamı yaxşı bilir ki, bu göz yumulası bir məsələ deyil"-deyə Nəsrulla vurğuladı.
Livan Hizbullahının baş katibi Beyrutda tələbələrin məzun olması münasibətilə keçirilən mərasimdə etdiyi çıxışının davamında Bəhreyndə dincə əhalinin və hakim rejim ilə müxalif olanların repressiya və qırğın edilməsinə son qoyulmasını vacib hesab edib.
Seyid Həsən Nəsrulla çıxışının davamında Suriya hadisələrinə işarə edərək, Dünya İctimaiyyətinin Ərəb Dünyasında baş verənlər qarşısında ikili davranmasını pisləyib.
Livan Hizbullahının baş katibi daha sonra Suriyada "Müsəlman Qardaşlar" hərəkatına və digər müxalifət qüvvələrinə xitab edərək, silahı yerə qoymalarını və vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyi tövsiyə edərək, məsələlərin siyasi yollarla həll edilməsini istəyib.
Seyid Həsən Nəsrulla çıxışının davamında bildirib ki, hazırda Suriyada cərəyan edən olaylardan aydın olur ki, bu ölkə hökuməti ilə müxalif olanların xoşagəlməz rəftarları indiyə kimi heç bir nəticə verməyib.

2 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут