Hani bizim demoNkratlar?Oxuyun!Buda istediyiniz demoNkratiya
49, Москва, Россия

Wall-Street etirazçıları bir daha küçələrə axışdılar

(Səhər TV)-- Wall-Streetin işğalı hərəkatının etirazçıları bu ölkənin ağır iqtisadi vəziyyəti və ictimai ədalətsizliyə qarşı etiraz olaraq bir daha Nyu-York prospektlərində aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, etirazçılar aksiyada müharibənin dayandırılmasını istəyiblər. Onların qənaətincə, hökumət cəmiyyətin yoxsul kütləsinə qarşı fəaliyyətə başlayıb.

Bir Amerika vətəndaşı deyir: Əhalinin gəliri və maaşı azalıb, əhalinin alış-verişi azalıb, orta səviyyəli kütlə təzyiq altındadır. Əvəzində böyük şirkətlərin gəliri artıb və onların müdirləri külli miqdarda maaş alırlar.

C.P.Morgan şirkətinin prezidenti Cimmi Diamond 2011-ci ildə 22 milyon dollar maaş alıb. Bu o deməkdir ki, o, ABŞ-da orta səviyyəli bir şəxsdən 844 dəfə artıq maaş alır.

Nyu-York polisi ötən həftə Wall-Streetə qarşı etiraz edənlərdən yüzlərlə insanı həbs ediblər. Bu həftə də prospektlərdə çoxlu polis qüvvəsi yerləşdirilib.

2 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут