Görən desin! :(
49, Москва, Россия

Sərraf axtarıram,can bazarında,
Anın qiymətini verəsi olsun,
İgid axtarıram,qan bazarında,
Axan göz yaşının çarəsi olsun.

Axtardım,aradım nədəni nədən,
Nə ovu ov oldu,nə dəni nə dən.
Gör bumu həyatın nədəni,nədən,
İlanın qənimi balası olsun?

Bu yetim dünyada gözəl də qaldı,
Bu yetim dünyada göz əldə qaldı.
Qalan da bir bəxti gözəldə qaldı,
Qaldı qırx qazana çalası olsun.

Çoxları yalandan xoruzdandilar,
Toyuqlar saymadı,xoruz,dandılar.
Cücələr bir başqa xoruzdandılar,
Cücə də zəmanə cücəsi olsun.

38 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут