Seyfülislam: ABŞ atama qarşı çevriliş etməyimi istəyirdi
49, Москва, Россия

Seyfülislam: ABŞ atama qarşı çevriliş etməyimi istəyirdi
(Səhər TV)-Müəmmər Qəzzafinin oğlu Seyful-İslam dindirilmə zamanı ifşa edib ki, amerikalılar ondan atasına qarşı çevriliş etməsini istəyiblər.

Əl-Nəxil İnformasiya Agentliyinin məlumatına əsasən Seyful-İslam Qəzzafi ilk qeyr-rəsmi dindirilmə zamanı atasına qarşı çevriliş həyata keçirmək məqsədilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ rəsmilərinin onunla əlaqə saxlamasından söz açıb.

Seyful-İslam bildirib ki, Benqazi üsyanlarının 6-cı günündə mənimlə əlaqə saxlandı və məndən istənildi ki, atamı iqtidardan kənarlaşdırım. Bu məsələnin qeyri-mümkün olduğunu amerikalılara anlatdım.

Bu təmasların bütün detallarını atası ilə paylaşdığını bəyan edən Seyful-İslam atası Müəmmər Qəzzafinin bu barədəki reaksiyasına toxunmayıb.

Seyful-İslam ölümündən bir neçə saat öncə Müəmmər Qəzzafi ilə əlaqə saxladığına toxunaraq deyib: Atama təhlükəsiz çıxış barəsində zəmanətlər verilmişdi. Lakin sonda onu terror etdilər.

Qəzzafinin oğlu Qəzzafi ailəsinin bank hesabları barəsində bildirib: Ailəmizin yüz milyardlarla dollar sərvəti barəsində deyilənlər doğru deyil. Çünki bizim bütün sərvətimiz 24 milyard dolları keçmir.

Qeyd etmək yerinə düşərdi ki, Müəmmər Qəzzafinin oğlu Seyful-İslam Qəzzafi bir müddət öncə Liviyanın cənubunda əl-Zentan inqilabçıları tərəfindən həbs olundu.

6 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут