Vəhhabiyətin mahiyyəti-12
49, Москва, Россия

Tehran Radiosu – İslam dinində şəfaət pərvərdigarın insanlara bəxş etdiyi bir nemətdir.Bəndəlikdən çıxmayan insanlar üçün ilahi övliyanın şəfaəti bir ümid işığıdır. Amma bəzi üzdən iraq islami firqələrin şəfaət barəsində səhv düşüncələrinin araşdırılmağa ehtiyacı var. Vəhhabilər bu qənaətdədirlər ki, Qurana istinadən dua zamanı Allahdan başqasının adını çəkməməliyik. Onlar Cin surəsinin 18-ci ayəsi yəni:"Kimsəni Allahla bərabər ad aparmayın."-a işarə edirlər.وهابیت

Həmçinin Qafir surəsinin 60-cı ayəsində oxuyuruq: Məni çağırın ki, sizi cavablandırdım. Birinci ayədə Quran müsəlmanlardan tələb edir ki, Allahla bərabər kimsəni çağırmasınlar, bu ayədə Allahdan başqasına ibadət edib, roku və ya səcdə etmək şok sayılır. Amma ilahi övliyadan şəfaət istəmək onları ibadət etmək mənasında deyil və şəfaət tələb edən şəxs bilir ki, Allahın icazəsi olmadan şəfaət də olmaz. Bu şəxs ilahi övliya və möminlərdən istəyir ki, Allah yanında onu dua etsinlər, çünki peyğəmbər və saleh insanların duası daha yaxşı qəbul olunar. Başqa sözlə peyğəmbərin şəfaət etməsini tələb edən şəxs heç vaxt peyğəmbəri Allah saymamışdır və təkcə onu vasitə bilir.

Böyük Quran təfsirçisi əllamə Təbatəbai bu barədə bu qənaətdədir ki, imamdan hacət tələb etmək o zaman şirk sayılar ki, talib şəxs imamı pərvərdigar kimi təssəvvür etsin. Amma Allahın təsiri və imamın vasitəçiliyinə inanan şəxs müşrik deyil.

Həqiqət bundan ibarətdir ki, Məhəmməd İbni Əbdül-Vəhab, İbni Teymiyyə kimi pərəstişin dərin mənasını dərk etməmişdir və şəfaət istəməyi ibadətlə bərabər saymışdır.

Vəhhabilər şəfaəti rədd etməkdə başqa bir dəlilə də istinad edir. Onların inamında şəfaət təkcə Allahın haqqıdır və kimsə bu haqqa malik deyil. Onlar bu iddialarını sübut etmək üçün Zomər surəsinin 43-44-cü ayələrinə işarə edir ki, buyurmuşdur: Onlar Allahdan başqa şəfaət ediciləri qəbul ediblərmi? Onlara söylə: Bu şəfaət edicilərin dərk və şüuru olmasa da onlardan xahiş edirsizmi? Söylə ki, şəfaət təkcə Allaha aiddir. Amma bu ayədə məqsəd bu deyil ki, təkcə Allah şəfaət edəndir və başqasının şəfaət etməyə haqqı yoxdur. Çünki şübhəsiz Allah heç vaxt bir kəsi başqasının bərabərində şəfatə etməz və bundan üstün sayılır. Ağılada sığmaz ki, Allah bir kəsin günahının bağışlanması üçün vasitəçilik etsin! Allah tala şəfaəti qəbul edəndir və qabiliyyətli olan şəxsə icazə verir ki, insanları şəfaət etsin.

Müsəlmanlar İslam peyğəmbəri dövründən bəri təkcə pərvərdigarı şəfaəti qəbul edən tanıyır, övliyanı yox.

Boxari və Tərməzi kimi sünni üləma hədis kitablarında heç vaxt şəfaəti şirk yaymayıblar. "Sünən Tərməzi" kitabı sünnilərin ən etibarlı hədis kitablarından sayılır və Məhəmməd Tərməzi (209-279) onu toplamışdır.

Tərməzi bu kitabda şəfaətlə əlaqədar Ənəs İbni Malikdən nəql edir ki, Peyğəmbərdən istədim ki, qiyamət günü məni şəfaət etsin, onu qəbul edib və buyurdu: Mən bu işi görürəm. Söylədim: Sizi harada axtarım? Buyurdu: Sirat körpüsünün kənarında.

Ənəs əminliklə hörmətli Peyğəmbərdən şəfaət istəyir və Peyğəmbər ona söz verir və mütləq Ənəs belə düşünür ki, şəfaət tələb etmək şirk ola bilər.

Səvad İbni Azib də Peyğəmbərdən şəfaət tələb edən səhabələrdəndir. O peyğəmbər barəsində şerlər deyir və bu şerlərdə o həzrətdən şəfaət xahiş edib. O deyib: Ey Peyğəmbər! qiyamət günü məni şəfaət et, elə bir gündəki başqalarının şəfaəti Səvad İbni Azib üçün xurma dənəsinin ortasındakı ip qədər səmərəsi yoxdur.

Sələfilər bucür hədislərə işarə etmir və Nisa surəsinin 64-cü ayəsi kimi aşkarcasına şəfaətə toxunan ayələri açıqlamırlar. Bu ayədə oxuyuruq: Əgər onlar özlərinə zülm edən halda sənin yanına gəlib məğfirət tələb etsə idilər və Peyğəmbərdə onlara bağışlanmaq tələb etsə idi Allahı tövbə edən və mehriban görərdilər. Bu ayədə Allah tala aşkarcasına Peyğəmbərini şəfaət edici və bəndələrin günahını bağışlamaqda vasitə kimi təqdim edir. Böyük sünni alim Fəxr Razi "Kəşaf Təfsiri" kitabında bu ayə barəsində yazıb: Allah peyğəmbəri onlara bağışlanmaq tələb edir, bu da Peyğəmbərin yüksək məqamını göstərir.

O bəndələr arasında Allahın nümayəndəsidir. Bu məqama malik olan şəxsin şəfaət etməsi rədd ediləsi deyil.

Allahın özü aşkarcasına Peyğəmbərə bu haqqı bağışladığı bir halda nə üçün sələfilər onu inkar edir? Yeri gəlmişkən İbni Teymiyyənin bu sözünə diqqət yetirin. Allah özü övliyalarına şəfaət haqqı bağışlayıb. Ancaq bizi onu tələb etməkdən çəkindirmişdir.

Bu söz sələfilərin şəfaət mövzusunda nəticəyə çatdıra bilmədiklərini göstərir. Olarmı ki, Allah bir haqqı birinə bağışlayan halda ondan istifadə etməyi yasaqlasın?! Əslində bu cümlə paradoksdur.

Əgər Allah tala övliyasına bu haqqı veribsə başqaları da ondan bəhrələnə bilər. Əlbəttə sələfilərin dəlil gətirmələrində çoxlu ziddiyyətlər müşahidə olunur . Bu da yayınmış bu firqənin məntiq zəifliyini göstərir.

http://azeri.irib.ir/meqaleler/meqaleler-/item/152872-vəhhabiyətin-mahiyyəti-12

3 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут