MARAGLIDIR-YUXUSUZLUQ
34, Азербайджан

Yuxusuzluğun növləri.


Çətin yatmaq
Tez oyanmaq
Gecələr dəfələrlə durmaq
Nəhayət,yuxunun tamamilə olmaması
Hər dörd hal sonradan tamamilə yuxusuzluğu gətirib çıxarır.
Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur.Qanda oksigen çatışmazlığı,dəyişkənliklər meydana gəlir.Yuxusuzluq zamanı həmçinin ürək,ağciyər və hormonal xəstəliklər də özünü göstərir.

Yuxusuzluğun fəsadları.
Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilməyən xəstəlik məhz yuxusuzluqdur.Belə ki,dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir.Alimlərin araşdırmaları nəticəsində məlum olub ki,yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər meydana gəlir.
Mьtəmadi şəkildə 6 saatdan az yatmaq bir müddət sonra qandakı şəkərin miqdarını sürətlə artırır.Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir.İnsulini normada saxlayansa yuxudur.Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.
Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir.Yuxu pozğunuğa qarşı tədbir görünməzsə,bu,ölümlə nəticələnə bilər.Alimlərin qənaətinə görə,yuxusuzluq hətta özünü öldürmə həddinə də gətirib çıxarır.

6 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут