10.02.2017
VALİDEYİN
30, Азербайджан

Onların sevgisi,

Onların əllərinin istisi
Onların şirin səsi
Onların isti nəfəsi
Ananın lay lay nəğməsi
Atanın verdiyi məsləhət
Çəkdiyi əziyyət
Səhvlərimizə görə nəsihət verməsi
Başa düşmürəm bunları necə olar unutmaq?
Necə olar rahat yatmaq? Biləndə anan xəstə
Hər kəsdə vicdan var ama hamıda deyil eyni
Necə olar unutmaq səni yaratmış valideyni
Axı bizim damarımızda axan onların qanı
Axı biz yuxusuz qoymuşuq gecələr narahat ananı
Axı ata kəsir boğazınnanki övladı olsun tox
Övlad unutdu bu anı necə bağışlamaq olar yox
Mənim bütün nifrətim o övladlara qarşı
Axı onların pula, işə, ailələrinə elə qarışıb başı
Vaxt tapmıllar doğma evlərinin qapısın döyməyə
Ananın əlinnən öpməyə və yaxud adi zəng etməyə
Atanın üzünə olan ağ
Fikirləşmirki bir gün eyni şeylə
Öz övladı qəlbinə vuracağ dağ
Hər uşaq bir ümid valideyni üçün bir ulduz
Onlar ağ saçların ağardıblar bizimçün onsuz
Qalan ömürlərin niyə alaq əllərinnən
Niyə fərəhli valideyn baxışı süzülən gözlərinnən
Özlərinnən sonra qoymullar yadigar soyuq daşı
Onlardan yadigardı hər bir övladın yaddaşı

Doğuluruq igid namusu olur ana südü
Ana sığalı nəvazişi və ana lay layı öyüdü
Ananın incə əlləri biz hələ onu yaxşı tanımırıq
Tanısaqda hələ digər qadınlardan ayırmırıq
Getdikcə onun səsi onun isti qucağı
Olur bizə doğma yandırır sönməz ocağı
Uşağı alıllar anadan o ağlayır bilir
Təzə açılmış əllərini anaya doğru uzadır ona gəlir
Ata isə kobud əllərində körpə övladın tutub
Oğlandı sevinib bütün problemləri unudub
Gözləri dolub amma ağlamır ataya yaraşmaz
Ata sevir daxilən, zahirən isə alışmaz
Ata çalışır gecə gündüz duymasın övlad ehtiyac
Paltara, geyimə, yeməyə lap özü qalar ac
Təki balası sevinsin gülsün
Təki atanın uşağlığda görmədiyi günləri
Onun uşağı görsün
Həyatda ən böyüy səhvdi valideyni unutmağ
Ana kələğayısın yandırmağ, ata əziyyətin atmağ
Sonda ailə münasibətlərin qırmağ qurutmağ
Qocalmağ valideyin olmuyub məzara çatmağ
Mən diz çökürəm valideyinlərimin önündə
Öpürəm əllərinnən çünki mənim bu günümdə
Dünənimdə, sabahımda hər zaman onlara borclu
Ulu tanrım onların kölgəsində gedim bitirim yolu.

Atasını itirən uşaq, uşağını itirən valideyin
Bundan ağır cəza varmı? anladın mənə deyin
Lakin valideyin övlad münasibəti
Hələki məndə ancağ oyadır heyrəti
Mərifəti məhəbbəti başqa rənglərlə rəngləməyək
Qüruru saxlayaq onlar atadr anadır ölməyək
Yanlarına gedək halların soruşaq
Biz hələ böyüməmişik
Biz ömür boyu valideyinlərimiz üçün uşaq
Övlad ləzzətin hiss etdirək ataya anaya
Bir valideyin çətin öz övladınnan nə vaxtsa doya
Demirəm heç nə etmiyin
Demirəm yaxşı geyinmiyin
Demirəm ailənizi qurmayın
Uşaqlarınızı böyütməyin
Demirəm sevmiyin gülmüyün yaxud əylənməyin
Sadəcə onları unutmuyun
Çünki unudulmazdı valideyin

Valideyin insanlığınnan asılı olmayaraq müqəddəsdir
Valideyin atadır anadır valideyin o kəsdir
Hansı düşünür balasın, düşünmür pul ev əyin
Yaşıyar, rəhmətə gedər lakin unudulmazdır valideyin

55 просмотров
 
Комментарии
Qraciano 14.02.2017

Bu mentiqi cumleler reper failiyeti gosteren uran kasbian klana mexsusdur sadece cox gozel.

kingleon kingleon 17.02.2017

Mən demədimki mənə məxsusdur.

Qraciano 20.02.2017

Yox qaqaw ne aqresya istenilen insanin fikirleri hormetle qarwlanmalidir .minnetdaram anlaywncun.

kingleon kingleon 26.02.2017

Öpürəm

Qraciano 17.02.2017

Bilirem qaqawim ..

kingleon kingleon 18.02.2017

Yazılan cümləni bir az agressiya ilə yazılan cümləyə oxşatdım.
Ona görə.

Дневники
Дневники обновляются каждые 5 минут