HƏMƏN OĞLANAM MƏN
30, Азербайджан

Çox dəyişmisən dedilər bu son illər ərzində

Böyük bir fərq hiss olunur sənin həyat tərzində
Var soyuqluq səsində, təmiz qısa olub danışığın
Başqasının işinədə yoxdur heç bir qarışığın
Yeni maşın, əyin başın, birdə gözəl ətir
Bahalı yerlərdə otur dur hesabımızı gətir
Heç yaxşı olmadı hh?
Pul maşında qaldı hə?
Üstündə dollardı hə?
Sən verəcəkdin hə?
İndi ço adamlar varki onlara mən özgə gəlirəm
İndi eşitmillər mənnən heç gözlə gəlirəm
Gözmüznən görsəkdə tam başqa cür indi
Bu adımız küçədə divarları çox bəzədi
Yaşadığımız həyat köhnə nağıldı güya daha
Biz yemirik un baha yağ baha ət baha
Bu sözləri mənnən eşidib səhv salmıyın həmən
Exo ver exo ver bax həmən oğlanam mən

İstəmədim oxşayım hər kəsə
Girmədim qırmızı lentləri kəsə kəsə
Girdim çox böyük yük altına
Nifrət etdim gümüşə altuna
3 dəfə 10 bir dəfə yarısı
Qalıb həyatın ağı yeyilib sarısı
Hələ bu harası
Hamının beynində maliyyə havası
Görən dedi heç dəyişmədin
Tanındın amma şişmədin
Boşluq verdin ara sıra
Nəfslə sonacan döyüşmədin
Mən hamı deyiləm ha
Mən xamda deyiləm
Bilirəm hansı sözləri harda deyirəm
Lap felnən. İsimnən cisimnən
Partlama hirsinnən
Öyrənmədim seçməyi yaxşısını pisinnən
Bəlkədə hər işimizi fələk salır düyünə
Satdığ ürəy dediyini gözlərin gördüyünə
Həmən oğlanam mən
Həmən olan günnən
İndi tamam başqa şeylərə verirəm önəm

0 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут