VƏTƏN QORUDUN SƏNİNDİR...
Vətən qorudun sənindir,
Qorumadın özgənindir,
Qorumadın, yağınındır,
Qorumadın axırındır...
Vətən qorudun sənindir,
O, bayraq tutan əlindir,
Basılmaz qalan, dağındır,
Qorumadın göz dağındır...
Vətən qorudun sənindir,
Yoxsa gədə-güdənindir,
Yoxsa başsız sürünündür,
Bir ovuc sağ ölünündür...
Vətən qorudun sənindir,
Allahın, peyğəmbərindir,
Anan, qardaşın, balandır,
O, indi talan-talandır...
Vətən qorudun sənindir,
O tay-bu taylı ünündür,
İki ağlayan gözündür,
Dərbəndindir, Təbrizindir...
Vətən qorudun sənindir,
Qorumadın kəfənindir,
Qorumadın qübarındır,
Murdarlanmış məzarındır...
Cabir Novruz
Ela! +5
oxudugun ucun twk
Allah Cabir Novruza rehmet elesin.
sagol