08.05.2011
DİLƏNÇİ
30, Азербайджан

Mən hele balaca olanda atdı məni anam

Ayy ana ana
Atam oğurluğa görə yatıb türmələrdə
Ayy ata ata
Bütün uşaqlığım keçib ögəy evlərdə
Uşaq evlərində
Uşaq yuxularım keçdi dəmir kravatlarda
Xəstələnəndə ağlayanda
Hardaydın ay qəddar ana
Ay ana tək səni tapsaydım
Ne dərdim olardı həyatımda
Bax belə böyüdüm sonra müharibə
Ayağlarım getdi nəyə görə əbəs yerə
Ömrüm günüm keçir indi
Küçələrdə keçidlərdə
İndi mənə doğmadı şəhərin bütün küçələri
Can bakı bakı
O küçədən bu küçəyə qovur polis məni
İti qovan kimi
Dilənçi yetim murdar
Qoşurlar cürbəcür adlar
Ayağlarimda olmasa mənim adım var
Millətimdə var
Yoldan keçən uşaq mənə ağız əyir
Ana qulağını çəkir irağ bizdən deyir
Hər şey istədiyim kimi deyil
Bunu bilən bilir
Yox mən ağlamıram bu ki yağışdı
Yox mən ağrımıram bu ki baxışdı
Yox mən dinləmirəm mən axtarıram
Mənim evim var anamnan soruşdum
Ac qarnına yenə rep kimin yadına düşüb
Şair təbə gəlib pulun dalına düşüb
Bal dodağına düşüb dildə isə acı yalan
Çətin başa düşər birini tox və ac olan
Pula möhtac olan ehtiyac olan
Uzadan papağını başında tac olan
Əgər həyat bir dənədi nədi yerdə qalan
Onsuzda buranı tərk edəcək yerdə qalan
Həm evdə qalan həm küçədə qalan
Soyuğdan donan kimsəsiz olan hey birtəhər dolan
Gecələr fikirdən ötrü yata bilmirəm
Arzularım çoxdu onlara çata bilmirəm
Pul tapa bilmirəm atada bilmirəm
Çünki bacarmıram istəmirəm
Bu həyatda heç kəsdən kömək gözləmirəm
Allahdan başqa

6 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут