14.06.2010
Ay və bulud
39, Азербайджан

Buludun kölgəsi yerə düşər, düşər, amma o kölgə ayla bərabər olmaz.

Ey yaxşlıq istəyən Haqq aşiqi! Özündən keçib Haqda fani olmaq buludsuz bir hala gəlməkdir. Özündən keçmə aləmində sən ayın on dördü kimi olursan.

Amma külək əsərək bu buludu gətirərsə, ayın nuru gedər. Ancaq bir xəyal qalar.

Buludun yaxud tozun pərdələdiyi ay bir xəyal kimi görünür. Məhz bədən buludu bizi xəyal düçüncəsinə sürükləyər.

Ayın lütfünə, kərəminə bax. Onun “Buludlar bizim düşmənimizdir” deməs ayrı bir lütfdür.


(burada ay deyiləndə əslində Allah nəzərdə tutulur. Bulud və toz da ayı görməyimizə əngəl olan, pərdə olan mənliyimiz, nəfsimizdir. Biz mənliyimizə, nəfsimizə məğlub olduqda onlar ayı görməyimizə pərdə olur. Onun üçün Allah-Taala nəfsin həva və həvəsi (buludlar) bizim düşmənimizdir deyə buyurmuşdur).


Ay buluda, toza, torpağa da etina etməz. O, göylərdə nur saçaraq dövran edər. Yəni bulud və toz aya qədər yüksəlib onu pərdələməz. Ancaq bizim gözümüzün önünə bir pərdə olar. Ay çox yuxarılarda, buluddan, tozdan xəbərsiz fırlanar. Işıqlar saçar.

Bizim əsl düşmənimiz buluddur, həm də can düşməni. Çünki ayı bizim gözümüzdən o gizlədir.

Bu pərdə Cənnət xurmasını belə qoca qarı kimi göstərər. Ayın on dördünü yeni doğulmuş aydan daha işıqsız bir halda göstərir.

Allah-Taala bizi şərəf və izzət məqamına yüksəltdi və bizim düşmənimizə Öz düşmənim dedi.

Buludun parlaqlığı, gözəlliyi həqiqətdə aydadır. Amma hər kəs buluda ay deyərsə, o, azmış, yolunu itirmişdir.

Ayın nuru buludun üzərinə düşdükdə onun qapqara üzünü aydınladar. Öz nuru ilə onu nurlandırar.


GuLsen-e Tesekkurler

3 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут