Ali-Xəlifə rejiminin cinayətləri yenə qurban aldı
49, Moscow, Ρωσία


(Səhər TV) – Bir bəhreynli etirazçı Ali-Xəlifə rejiminin hücumları nəticəsində həlak olub.

Ali-Xəlifə rejiminin qüvvələri dünən cümə günü gecə bəhreynli aksiya iştirakçılarına hücum edərək, 18 yaşlı bəhreynli gənc Əhməd İsmayıl Əl-Səmədi-ni güllə atəşi nəticəsində qətlə yetiriblər.

Minlərlə Bəhreyn vətəndaşı dünən Ali-Xəlifə rejiminin cinayətlərinə habelə ərəbistanlı işğalçıların ölkələrində olmalarına etiraz olaraq aksiya keçirdilər. Aksiya zamanı Ali-Xəlifə rejiminin qüvvələri Ali-Səud hərbçilərinin himayəsi ilə bəhreynli etirazçılara hücum edərək, onlara doğru atəş açıblar.

Siyasi məhbusların sərbəst buraxılması, Ali-Xəlifə rejiminin ayrı-seçkiliyə əsaslanan siyasətlərinin dayandırılması, bütün sahələrdə islahatların icra edilməsi habelə ərəbistanlı işğalçıların ölkəni tərk etmələri, bəhreynli etirazçıların istəklərindəndir.

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά