Şirin Fəzzalın Əbu Hənifə ilə mübahisəsi
وَ فَضَّلَ اللهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ اَجْرًا عَظِيمًا
«Allah mücahidlərə (cihad edənləri) yerlərində oturub, cihada
getməyənlərə nisbət böyük üstünlük vermişdir». (Nisa 97)
Əbu Hənifə:
Qardaşına de, Əlini Əbu Bəkr və Ömərdən necə üstün saya bilər, halbu ki, o ikisi
Peyğəmbərin(s) qəbrinin yanında dəfn olunmuşdur, lakin Əlinin qəbri
Peyğəmbərin(s) qəbrindən çox-çox uzaqdadır. Bu iftixar və məqam onların
üstünlüyü üçün kifayətdir.
Fəzzal: Mən bu dəlili də ona dedim, lakin
qardaşım cavabında dedi ki, Allah Quranda belə buyurur:
لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ اِلاّ اَنْ يُؤذَنَ لَكُمْ
«Peyğəmbərin(s) icazəsi olmadan onun evinə daxil olmayın»
(Əhzab 53).
Aydındır ki, Peyğəmbərin(s) qəbri, öz şəxsi mülkündədir.
Təbiidir ki, o həzrət onlara icazə verməmişdir. Həzrətin varisləri də belə bir
icazəni verməmişdir.
Əbu Hənifə: Qardaşına de, Ayişə və Həfsə
Peyğəmbərdən(s) mehriyələrini istədikdə həmin yeri həzrətdən aldılar və sonra
hər biri öz atasına bağışladı.
Fəzzal: Bu cavabı da ona verdim, lakin o dedi
ki, Quranda oxumamısan ki, Allah Peyğəmbərə buyurur:
يَا اَيُّهَا النَّبِيُّ اِنا اَحْلَلْنَا لك اَزْوَاجَكَ اللاتي آتَيْتَ اُجُورَهُنَّ
«Ey Peyğəmbər! Biz mehriyyələrini verdiyin zövcələrini sənə
həlal etdik (Əhzab 50).
Buna əsasən Peyğəmbər öz sağlığında zövcələrinin
mehriyyəsini vermiş olub.
Əbu Hənifə: Qardaşına de Ayişə və Həfsə (Əbu Bəkr
və Ömərin qızlarıdır) hər ikisi Rəsuli Əkrəmin(s) zövcəsi idi. Onlar öz irsləri
qədərində həmin evdən götürdülər və öz atalarına bağışladılar. Buna əsasən də
onların cənazələri həmin yerdə dəfn olunub.
Fəzzal: Mən bu dəlili də
qardaşıma dedim, lakin o, cavabında dedi ki, siz sünnü qardaşlar inanırsınız ki,
Peyğəmbər(s) öz qohum-əqrəbası üçün irs qoyub getmir. Ona görə də fədəki Həzrəti
Zəhra ələyhasalamdan aldılar. Bundan əlavə əgər Peyğəmbərin(s) özündən sonra irs
qoyub getdiyini qəbul etsək də Peyğəmbər(s) vəfat edən zaman onun doqquz arvadı
var idi.21 Onların
hamısının irsi həmin evin səkkizdə biri qədərdir. Əgər evin səkkizdə birini
doqquz nəfərin arasında bölsək (yəni yetmiş ikidə biri), hər qadına eni,uzunu
bir qarış olan yer düşür. Heç də bir insanın boyu qədəri yer çatmaz.
Əbu
Hənifə bu cavabı eşitdikdə aciz qalıb, əsəbləşdi və öz şəgirdlərinə dedi:
Əxricuhu fə innəhu rafiziyyun vəla əxələhu. «Onu məsciddən çıxarın, çünki onun
özü şiədir qardaşı da yoxdur.»22
Još nema komentara.
Ostavi komentar, započni diskusiju!