Blog


23.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

Deyirlər ən saf və yaddaşlardan silinməyən sevgi ilk sevgi olur..İllər keçir, sən ailə sahibi olursan..Amma nədənsə heç zaman uşaqlıq sevgivi yaddan çıxarmırsan ki, çıxarmırsan..Məncə bunu uşaqlıq hisslərinin saf və təmiz olması ilə əlaqələndirmək olar..Kimisi baxçada, kimisi məhlədə qonşuluqda, kimisi də məktəb parta yoldaşına aşiq olub..Amma nadir insanlar isə tələbə vaxtlarında sevgisini tapır..Çox uzatmadan mövzu barədə sualımı verəcəm və cəsarətli userlərdən açıq etirafları gözləyəcəm..

Beləliklə sualım belədir..
İlk sevginiz....Kim olub və nə zaman baş verib ?


Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

duwunceleriniz..


Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

Qurani-Kərimin 29 yerində "Vay onların halına!",-"Yazıqlar olsun, məhv oldu onlar!",- deyən müdhiş dərəcədə sarsıdıcı, insanı titrədən xəbərdarlıq yer alıb.

Onların hansı ayələr olduğu ilə maraqlandım və taparaq bir-bir nuzül [eniş] sırasına görə düzdüm.
Bu gün də "Vay onların halına!" deyilən ayələr öz aktuallığını qoruyub saxlayıb...
Baxaq görək, 23 illik bu müddət ərzində vəhy kimlərə "Vay onların halına!" deyib:

["Ən kiçik köməyi belə rədd edərək, riyakarlıq edərək və boş-boşuna əyilib qalxaraq namaz qılanların vay halına!" Maun; 107/ 4-7 ]
Çox maraqlıdır ki, nuzül sırasına görə Quranın "Vay onların halına!" xəbərdarlığını yönəltdiyi ilk müxatib "namaz qılanlar"dır…
Yəni Quran ilk dəfə məhz "Dindarlıq nümayiş etdirənlərə" "Vay onların halına!",…


19.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

“Əgər İslam özünə bir övlad götürübsə ilk övlad Həzrəti Əlidir.” (Ənəs bin Malik)

“Kimdir Həzrəti Əli?” sualının cavabı o qədər coxdur ki...
1. Rəsulullahın əmisinin oglu.
2. Ona ilk iman edən uşaq.
3. Hicrət gecəsi Peyğəmbərin yatağına yatan, yorğanı da başına çəkən, yəni ölümü gözə alan bir igid.
4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Tərbiyyəni Rəsulullahdan alıb.
5. Rəsulullahın kürəkəni. Peyğəmbər nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir.
6. Elmin qapısı.
7. Dördüncü xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır...
8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır...

Həzrəti Əli…


23.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.

Dilini bir ilə öyrəndim... nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim öz dilim,
Dənizəm, üzümə durub sahilim.

Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı...

Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.

Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm…


19.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

“Qurandan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!” (Ənkəbut, 45)

Hər bir müsəlman İmam Əlinin necə huşu ilə namaz qıldığından xəbərdardır. Huşu ilə özündən, dünyadan xəbərsiz halda namaz qılan bir mömini seyr etmək, dünyanı kainatdan seyr etməkdən daha həyəcanlı. Namazı yalnız qəlibinə, yəni cisminə deyil, qəlbinə də qıldıran bir möminin namazı, İnsanı bambaşqa bir dünyaya götürür və öz-özü ilə üzləşdirir. Bu baxımdan namaz bir var olma hadisəsidir. Namaz həm yoldur, həm yolçu, həm mənzil. Qıldığı namazla bütövləşən, özünü namaza tam verən bir mömin…


Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

"Dostunu göstər sənin kim olduğunu deyim."

(Atalar sözü).


Dost...
İnsan güvənmədiyi ilə dost ola bilməz. Güvənmək üçün isə mütləq tanımalıdır. Tanımaq üçün bəzən Onunla birlikdə yol getməlidir. Dost dediyin yolda tanınar.

“Qardaşın kimdir?” sualına “yol yoldaşı olmamışıq” deyirik e... Bax, eləcə dost dediyinlə yol yoldaşı olmalısan. Dost yolda tanınar. Başınıza bir bəla gəldiyində yol yoldaşın arxana deyil önünə keçsə, bir səhrada yol gedərkən su bardağındakı sonuncu bir qurtum suyu sənə verib özü susuz qalsa, bir tikə çörəyini səninlə bölüşsə, sənə özündən çox qayğı göstərsə deməli güvənilməyə layiqdir. Deməli onu özünə dost seçə bilərsən. Canını, malını, həyatı və ölümü səninlə bölüşə bilirsə, o zaman heç…


Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

Insanı həlak edən bu yeddi şeydən çəkinin:

"Allaha şərik qoşmaq, sehr, Allahın haram qıldığı cana qıymaq, faiz yemək, yetim malı yemək, döyüşdən qaçmaq, günahsız və namuslu mömin qadınlara iftira etmək."

Müsəlmanın müsəlman üstündəki haqqı beşdir:

Salamını almaq, xəstə ziyarətinə getmək, cənazəsində iştirak etmək, dəvətini qəbul etmək, asqırdıqda "yerhamukallah" (Allah mərhəmət etsin) demək.


23.05.2011
Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

Ümid ölməzmiş...bitməzmiş...tükənməzmiş...
Hər nə qədər gecə qaranlıq olsa da,səhərin nurla açılacağına mütləq ümid vardır...
Bu gün hər yeri sovurub,xarabalıq edən küləyin...
sabah gözəlliklər saçan günəşlə əvəzlənəcəyinə mütləq ümid vardır...
Boranlı...tufanlı qışın,sərin...xoş təravətli yazla yer dəyişəcəyinə mütləq ümid vardır...
Ümid vardır...bu gündən sabaha...zülmətdən aydınlığa...
Hər bir xəstəlikdə sağalmaq...
Hər yıxıldıqda qalxmaq...
Hər uduzduqda,udmaq...
Hər axan göz yaşının,xoş təbəssümlə əvəz olunacağına dair mütləq ümid vardır...
Sevirsən,amma,sevilmirsən...
Darıxırsan,amma,darıxılan deyilsən...
Gözləyirsən,amma,gözlənilən deyilsən...


Bütün bunlara rəğmən yenə də qarşılığı nə vaxtsa olacaq deyə,mütləq ümid vardır...
Hər kəsin...hər şeyə...mütləq bir ümidi vardır...
Bəs mənim niyə yoxdur?niyə bu qədər ümidsizəm?
Hər açılan sabahda heç bir şeyin dəyişməyəcəyinə niyə bu qədər əminəm?!
ALLAHımın rəhmətinə və mərhəmətinə inamım sonsuzkən,
axı niyə bu ümidsizlik sarıb məni?!
Bəlkə bir…


Habil Məmmədov
32, Sumgayit, Azerbaycan

Biri var imiw,biri yox imiw....


Blog
Bloglar 5 dakikada bir güncelleniyor