Ar yeyib namusu boyna atanlar ,
Mənliyin manata pula satanlar ,
Coxalıb dəyişib kalan nöqsanlar,
Deyirik düzələr amma düzəlmir,
Görəsən dünyanın axrımı gəlir ..
Əhdinə dönüklər dinnən danışır ,
Dünya günü-gündən çönür qarışır,
İlahi fikirlər xəyallar caşır ,
Baxıb bu hallara ürək tap etmir,
Görəsən dünyanın axrımı gəlir...
Molla siyasətdən danışır yasda ,
Di gəl beləsinə sən qulaq asda .....
Zənanlar bəzisi acıq libasda ,
Oncuda hicablar bax xoşa gəlmir ,
Görəsən dünyanın axrımı gəlir...
Zəmanə günahkar insan dilində,
Öz tirin görən yox,özün gözündə,
Seymur ehtiyat et ,bəzən sözündə,
Sabah nə olacaq,bu…
Nə qohum,nə dostda etibar yoxdu,
Həyat qəribədir,yaşamaq zordu,
Hec kəsə etibar,inam qalmayıb...
Sevgi məhəbbəti indiki gənclər,
Var ilə,pul ilə,ölcüb bicirlər,
Həyatın mənasın varda görürlər,
Eşqə məhəbbətə güman qalmayıb...
Yazıram sözümü dırnaq arası,
Bilmirəm nolacaq bunun sorası,
Coxusu gülməli gennən baxası,
İnsanı insantək duyan qalmayıb...
Ay ALLAh hardadı,o vaxtkı vədlər,
İndi yalan dolu peymanlar,əhdlər,
Mələk libasını geyən, iblislər,
Bürüyüb cahanı cahan qalmayıb...
Seymur cox danışma əbəsdir sözlər,
Acılar görünər maskalı üzlər ,
Hər kəsən əməli orda verilər ,
Burda Yusuf təki yozan qalmayıb ...
Müəllif : SEYMUR SÖNMƏZ