Məhəmməd Mursi Netanyahu ilə danışmaq istəmədi
49, Moscow, Russia


Məhəmməd Mursi Netanyahu ilə danışmaq istəmədi

Tehran radiosu - Misirin yeni prezidenti Məhəmməd Mursi İsrailin baş naziri Binyamin Netanyahunun telefonla danışıqlar aparmaq təklifini rədd edib.

Bu barədə “Fələstin–Online” informasiya agentliyi məlumat yayıb.

Fələstin mənbələri qeyd ediblər ki, amerikalı vəzifəli şəxslərin təzyiqinə və təkidinə baxmayaraq Məhəmməd Mursi sionist rejiminin baş naziri ilə danışmaq niyyətində olmayıb.

Xatırladaq ki, işğalçı İsrailin baş naziri Misir prezidentinə ünvanladığı məktubda onu seçkilərdə əldə etdiyi qələbə münasibəti ilə təbrik edərək Mursinin başçılığı altında yeni Misirlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

3 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes