Allah analarin canini saq etsin.
24, Азербайджан

3 yaş-Anam ən gözəlidir!
7 yaş-Anama heyranam!
10 yaş-Anacan səni sevirəm!
15 yaş- Ana qışqırma üstümə!
18 yaş-Bu evdən gedə bilsəydim!
35 yaş-Anama qayıtmaq istəyirəm!
50 yaş-Ana səni itirmək istəmirəm!
70 yaş-Səni yenidən görmək üşün hər şeyimi verərdim ANA..!!!

190 просмотров
 
Комментарии
emraal 30.04.2015

Ağ tellərin saçlarına yaraşıq
Gözəllikdi üzündəki qırışıq
Həyatıma sənlə yanır hər işıq
Sənsiz həyat sönür, inan anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Əsəbləşirdim mənə ərk edəndə
Gec olacaq mən səni dərk edəndə
Sinifdə qoyub məni tərk edəndə
Axardı göz yaşım, dayan, anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Sevindin əsgərlik yaşa çatanda
Qayıdıb subaylıq daşın atanda
Uşaqlıqda mən gecələr yatanda
Lay lay deyirdin mənə can anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Qız gəlin köçəndə yaşardı gözün
Həm ağlayıb, həm də gülürdü üzün
Kövrəldiyin gizlətsən də sən özün
Edirdi gözlərin bəyan, anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Dostum da var ki, anasız yaşıyır
Çiyinləri üstdə onu daşıyır
Özü hər gün öz yarasın qaşıyır
Deyir darıxmışam yaman anacan
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Ana ömrün fəda edib övlada
Fəqət özü yoxdu daha dünyada
Nə gözlərin açır, nə bir səs-səda
Oğul yenə edir güman…anacan…
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

“Ana, sənsiz sönüb evin çırağı
Bu cəzadır yoxsa həyat sınağı?!”
Öpüb soyuq üzü, doğma yanağı
Qızı pıçıldayır “oyan anacan”
Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

“Ölüm ki var səni məndən umubdu
Sənsiz damarlarımda qan donubdu
Sanki başımın üstünə qonubdu
Qonub çəkilməyən duman anacan…
“Yanımda ol mənim hər an anacan
Ayırmasın bizi zaman anacan.

Yaxsidost Yaxsidost 30.04.2015

Guzel weir ucun cox saqol.

KiMSeSiZ 02.05.2015

Bezilerinde 10 yash ALLAH rehmet elesin....!

Yaxsidost Yaxsidost 02.05.2015

Hmm Amin. Qebri nurla dolsun.

Дневники
Дневники обновляются каждые 5 минут